Bank zəmanətləri üzrə vahid qaydalar hazırlanacaq
Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə” Ekspert Qrupunun iclası keçirilib.
ABA-dan verilən xəbərə görə, iclas zamanı bank qarantiyalarının uçotun aparılması və qarantiya üzrə benefisiar qarşısında öhdəliklərin icra olunması qaydaları, qarantiyaya xitam verilməsi, tələblərin ödənilməsi proseduru, vergi şərtləri və s. bu kimi məsələlər müzakirə edilib.
Əsas müzakirə olunan məsələlərdən biri də vahid “Bank qarantiyalar üzrə qaydalar”ın mövcud olmamasıdır, həmin qaydaların yerli qanunvericiliklə yanaşı unifikasiya edilmiş beynəlxalq qaydalara uyğunlaşdırılmasıdır. Növbəti müzakirə olunan məsələ respublikadaxili qarantiyalar üzrə tətbiq olunan formalar olub. Müzakirə nəticəsində qərar verilib ki, bu mövzuya düzəliş üçün qrup üzvləri fikir və rəylərini bildirəcək və müvafiq quruma tövsiyə məktubu ünvanlanacaq.
Sənədli akkreditivlər üzrə ayrıca qaydaların hazırlanması da qrup üzvlərinin müzakirə mövzusu olub. Belə ki, hazırda ayrıca qaydalar həm bank qarantiyaları üzrə, həm də sənədli akkreditivlər üzrə mövcud deyil. Buna görə də iclasda Azərbaycan Mərkəzi Bankına (AMB)və Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciətlərin hazırlanması ilə bağlı təkliflər edilib. Həmin müraciətdə yeni qaydaların hazırlaması məqsədilə işçi qrupun yaradılması və bu qrupda ABA-nın “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə” Ekspert Qrupunun bəzi üzvləri də iştirak etməsi öz əksini tapacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 3 saat əvvəl
-
16 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
18 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























