“Unibank” kredit portfelini bərpa edir – 9 AYDA 118,5 MİLYON MANAT ARTIB
Devalvasiyalardan sonra kredit satışını ən çox artıran banklardan biri “Unibank”dır.
“Marja”nın məlumatına görə, tez-tez sərfəli kampaniyalar elan edən “Unibank” 2018-ci ilin 9 ayında müştərilərə verdiyi kreditləri 118 milyon 554 min manat və ya 42,3% artırıb. Nəticədə, ötən ilin sonunda 280 milyon 86 min manat olmuş cəmi kreditlər 30 Sentyabr 2018-ci il tarixində 398 milyon 640 min manata çatıb.
Müştərilərə verilmiş kreditlər 2018-ci ilin 1-ci rübündə 53 milyon 802 min manat, 2-ci rübündə 36 milyon 550 min manat, 3-cü rübündə isə 28 milyon 202 min manat artıb.
2017-ci ildə “Unibank”ın müştərilərə verdiyi kreditlər 146 milyon 526 min manat azalmışdı. 2018-cilin 4-cü rübündə də müştərilərə verilən kreditlərin artması ilə “Unibank” ötən ilki azalmanı bərpa edə bilər. Artıq cari ilin 3 rübü ərzində ötən il azalmış məbləğin 81%-i geri qazanılıb.
Qeyd edək ki, devalvasiyalardan öncə, 2014-cü ilin sonunda “Unibank”ın kredit portfeli 711 milyon 136 min manata çatmışdı. Bu səviyyə ilə müqayisədə “Unibank”ın 30 Sentyabr 2018-ci il tarixindəki kredit portfeli 312 milyon 496 min manat və ya 44% azdır.
HƏMÇİNİN OXU: “Unibank”a görə narahat yatanlara müjdə
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
23 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 4 saat əvvəl
-
18 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
20 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























