“Gilan Holding” 3 Beynəlxalq Biznes Mükafatına layiq görüldü
(®) Şirkət müxtəlif nominasiyalar üzrə nüfuzlu Stevie Awards qalibi oldu
Azərbaycan iqtisadiyyatının inkişafında xüsusi rolu olan “Gilan Holding” dünyanın ən nüfuzlu Beynəlxalq Biznes Müsabiqəsinin (İBA) qalibi olub. “Gilan Holding” 3 müxtəlif nominasiya üzrə Stevie Awards beynəlxalq biznes mükafatının sahibi olub.
Qaliblərin adları 2 aydan çox davam edən müsabiqə sayəsində müəyyənləşib. Beynəlxalq Biznes Müsabiqəsinə 74 ölkədən 4 minə yaxın təşkilat və fərd tərəfindən müraciət daxil olub. Nəticədə “Stevie” mükafatının sahibləri 12 münsiflər komissiyasının tərkibinə daxil olan 270 şirkət rəhbərinin verdiyi qiymət nəticəsində müəyyənləşib.
Nəticələrə görə, “Gilan Holding” 15-ci Beynəlxalq Biznes Müsabiqəsində “İlin qadını”, “Avropada ilin korporativ sosial məsuliyyət proqramı” və “İlin kommunikasiya departamenti” kateqoriyaları üzrə “Stevie” Beynəlxalq Biznes Mükafatını qazanıb.
Biznesmenlər arasında “İlin qadını” Gümüş mükafatı Azərbaycanda işguzar qadınlara örnək olduğuna görə “Gilan Retail” qrupunun rəhbəri Gülnar Həsənovaya təqdim olunub.
İkinci mükafat – Bürünc “Stevie” mükafatı “Cəmiyyətə, gənc insanlara və iqtisadiyyata töhfə” (“Comitted to community, young people and economy”) nominasiyası üzrə Avropada ilin ən yaxşı korporativ sosial məsuliyyət proqramı ilə fərqləndiyinə görə “Gilan Holding”ə təqdim olunub.
“Gilan” həmçinin “İlin kommunikasiya departamenti” kateqoriyası üzrə növbəti bürünc mükafatın sahibi olub. Şirkət “Daxili kommunikasiya və xarici əlaqələrin qurulması” (“Streamlining internal communications & reaching out externally”) nominasiyası üzrə uğurlarına görə bu bürünc mükafatı qazanıb.
Qaliblərin mükafatlandırma mərasimi oktyabrın 20-də Londonda baş tutub.
Qala-gecə Inter Continental London Park Lane otelində keçirilib. Mükafatları “Gilan Retail “ portfelinin rəhbəri Gulnar Həsənova və “Gilan Holding”-in Marketinq və Kommunikasiyalar şöbəsinin rəhbəri Fərid Məmmədov qəbul edib.
Mükafatlandırma mərasimində çıxış edən “Stevie Awards” mükafatının yaradıcısı və prezidenti Maykl Qallaxer qeyd edib ki, bu il beynəlxalq biznes müsabiqəsində qalib çıxanlar indiyədək mükafat alanlar arasında səviyyəsinə görə ən yüksək qrupa aid oluna bilər. “Biz, münsiflərdən minimal orta balı qaldırmağı xahiş etmişdik. Odur ki, 2018-ci ilin qalibləri öz uğur və nailiyyətlərinə görə daha çox qürur duymalıdırlar”, -deyə Maykl Qallaxer bildirib.
Qaliblər arasında “Gilan Holding”in yer alması və 3 mükafat sahibi olması təsadüfi deyil. 1987-ci ildən etibarən fəaliyyət göstərən “Gilan Holding” əsasən kənd təsərrüfatı, tikinti, turizm və pərakəndə sektorunda fəaliyyət göstərir. Qeyri-neft sektorunda iri layihələrə sərmayə yatıran şirkət daim müxtəlif yerli və beynəlxalq layihələrin keçirilməsinə dəstək olur, gənclərin inkişafına yardım göstərir, idman klublarının, stadionların və təsislərin qurulmasına kömək etməklə Azərbaycanda idman hərəkatının inkişafına töhfə verməyə çalışır.
Korporativ Sosial Məsuliyyət konsepsiyası "Gilan Holding" fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Şirkət təkcə insanları yüksək standartlara cavab verən məhsulla təmin etmir, həm də Korporativ Sosial Məsuliyyət öhdəliyi olaraq hər bir yeni layihəsi ilə xeyli sayda iş yerləri yaradır və ölkə üzrə işsizliyin azalmasında iştirak edir. Ölkədə məşğulluğun artmasına və həmçinin tələbələrə dəstək olan şirkət bu sahədəki fəaliyyətinə görə ADA universiteti tərəfindən “Ən aktiv işəgötürən” (“Most Active Employer”) sertifikatı ilə təltif olunub.
İnşaat, turizm və sənaye sahələri üzrə dünya liderlərindən biri olmağı hədəfləyən “Gilan Holding” Azərbaycan məhsullarının istehsalını artırılması və dünya bazarında çıxarılmasını təmin edir. Biznesdəki uğurlarına görə şirkət ötən il “Business Times” jurnalı tərəfindən Azərbaycanda “İlin Holdinqi” seçilib.
“Gilan Holding”in bu dəfə də Beynəlxalq Biznes Müsabiqəsinin qalibi olması, gümüş və iki bürünc mükafata layiq görülməsi şirkətin əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Qeyd edək ki, “Stevie” mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin bütün dünyaya tanıdılması, onların təcrübəsinin paylaşmasına nail olmaqdır. “Stevie” ilk dəfə 2002-ci ildə “American Business Awards” mükafatı adı ilə təqdim olunub. Bir il sonra isə “International Business Awards” təsis edilib. Növbəti illərdə uğurlu qadın biznesmenlərə, daha sonra müştəri xidmətləri ilə fərqlənən qurumlara “Stevie” mükafatı təqdim edilib. Hazırda “Stevie” dünya işgüzar aləmində ən mötəbər mükafatlardan biri sayılır. Qaliblər qiymətli metallardan hazırlanmış heykəlcik, sertifikat və medalla təltif olunurlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir keçirib
-
3 saat əvvəl
“Bolmart” fəaliyyətini dayandırdı" xəbərinə şəbəkənin rəhbərliyindən reaksiya
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
3 saat əvvəl
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb
-
3 saat əvvəl
Texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılacaq
-
3 saat əvvəl
Avropa İttifaqında Tesla avtomobillərinin satış azalmaqda davam edir
-
3 saat əvvəl
Azərbaycanda Belarusun lift şirkətinin lokal istehsalı genişləndiriləcək
-
3 saat əvvəl
Biletlər sabah satışa çıxarılır - Qiymətlər 10 - 1000 manat civarındadır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub
-
5 saat əvvəl
Azərbaycan sığorta şirkətlərinin Qazaxıstanda fəaliyyəti çətin görünür
Son Xəbərlər
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb
Avropa İttifaqında Tesla avtomobillərinin satış azalmaqda davam edir
Bakıda taxtalar yığılan ərazidə yanğın
“Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub
Ən çox oxunanlar
“Xəyal Adası” mənfəəti xəyal edir
Bankların kredit portfelinin artım tempi sürətlənib
Dövlət şirkətində 133 milyon manatdan çox zərər yığılıb
Bu sərgi Azərbaycanda ilk dəfə təşkil ediləcək
Hongqi avtomobillərinin Rusiyada yığılması planlaşdırılır
BOKT-ların xalis mənfəəti 2,5 dəfə azalıb




















.jpg)


.jpg)


