2016-da qiymətli kağızlar bazarı 33% artıb
2016-cı il ərzində ölkənin qiymətli kağızlar bazarı artım nümayiş etdirmiş, pozitiv kəmiyyət göstəriciləri ilə yanaşı önəmli keyfiyyət dəyişiklikləri qeydə alınmışdır.
Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata görə, 2016-cı ilin yanvar-dekabr ayları ərzində qiymətli kağızlar bazarı 2015-ci il ilə müqayisədə 33% artaraq 14,026 milyard manat təşkil etmişdir. Keçən il ərzində qiymətli kağızların ilkin bazarı 4,5 dəfə artaraq 8,669 milyard manata çatmışdır. Ümumilikdə korporativ qiymətli kağızlar bazarı 2 dəfədən, dövlət qiymətli kağızlar bazarı isə 40 dəfədən çox artmışdır.
Korporativ qiymətli kağızlar
2016-cı il ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əməliyyatların həcminin 39% artaraq 913 milyon manat təşkil etməsinə səbəb olmuşdur. Xüsusilə banklar tərəfindən kapital tələblərinin təmin edilməsi məqsədilə nizamnamə kapitallarının artırılması səhm bazarının artımını şərtləndirən mühüm amil olmuşdur.
Ümumilikdə səhmlərin ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 2 dəfədən çox artaraq 563 milyon manata çatmışdır. Hesabat dövründə korporativ istiqrazlarla bağlanmış əqdlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 7,833 milyard manat olmuşdur. Dövlət əhəmiyyətli layihələrin qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşməsi korporativ istiqrazlar bazarının yüksək artım dinamikasını təmin etmiş, nəticədə manatla yerləşdirilmiş korporativ istiqrazların həcmi 4,6 dəfə artaraq 7,5 milyard manata çatmışdır.
Bu dövr ərzində xarici valyutada ticarət olunan korporativ istiqrazlar bazarının həm ilkin, həm də təkrar bazarında artım müşahidə edilmişdir. Belə ki, xarici valyutada yerləşdirilmiş korporativ istiqrazların həcmi 13 dəfə artaraq 182 milyon manata çatmış, təkrar bazarda keçirilmiş əməliyyatların həcmi isə 4,1 dəfə artaraq 75,6 milyon manatı ötmüşdür.
Dövlət qiymətli kağızları
Keçən il ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən daxildən borclanma siyasətinin həyata keçirilməsi, eləcə də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən manata olan təzyiqin azaldılması məqsədilə not buraxılışlarına başlanması dövlət qiymətli kağızları bazarında əməliyyatların həcminin artım dinamikasını müəyyən etmişdir.
2016-cı ildə dövlət istiqrazları bazarında əqdlərin həcmi 2015-ci il ilə müqayisədə 27,2 dəfə artaraq 567 milyon manat təşkil etmişdir. Dövlət istiqrazlarının təkrar bazarı 7 dəfə artaraq 146 milyon manata çatmışdır. Ölkədə gedən iqtisadi proseslər fonunda ilk dəfə olaraq dövlət istiqrazları üzrə gəlirliliyin bazarda tələb və təklif əsasında formalaşması məqsədilə təqdim edilən sifarişlər üzrə qiymət həddi təyin edilməmişdir. Nəticədə dövlət qiymətli kağızları üzrə orta gəlirlilik göstəricilərində əvvəlki illərdən fərqli olaraq artım müşahidə olunmuşdur. 2016-cı ildə manatla yerləşdirilən qısamüddətli dövlət istiqrazları üzrə orta çəkili gəlirlilik 13,07%-ə yüksəlmişdir. Xarici valyuta ilə ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi yalnız bir dəfə baş tutmuşdur ki, onun da gəlirliyi 3% təşkil etmişdir.
2016-cı il ərzində monetar siyasətin həyata keçirilməsi məqsədilə iki illik fasilədən sonra fond birjasında Mərkəzi Bankın notları yerləşdirilmişdir. Hərrac üsulu ilə yerləşdirilmiş notların ümumi məbləği 268,7 milyon manat olmuşdur. Keçən il ərzində Mərkəzi Bankın notları üzrə orta çəkili gəlirlilik 14,86% təşkil etmişdir.
Törəmə maliyyə alətləri bazarı
Hesabat dövrü ərzində Bakı Fond Birjasının törəmə maliyyə alətləri platformasında ümumi məbləği 4,168 milyard manat olan valyuta əsaslı və ümumi dəyəri 272 milyon manat olan əmtəə əsaslı törəmə maliyyə alətləri ilə ticarət əməliyyatları həyata keçirilmişdir. Ümumilikdə törəmə maliyyə alətləri bazarının ümumi həcmi 4,440 milyard manat olmuş və bazarda keçən ilin müvafiq dövrü ilə müqayisədə 28% geriləmə müşahidə edilmişdir.
Repo və əks-repo əməliyyatları
Hesabat dövrü ərzində dövlət istiqrazları ilə ümumi məbləği 2 milyon manat olan iki repo əməliyyatı keçirilmişdir ki, bu da 2015-ci il ilə müqayisədə 15,6 dəfə azdır.
Kapital bazarları üzrə 2016-cı il ərzində ətraflı məlumatlar qiymətli kağızlar bazarının icmal göstəricilərində öz əksini tapmışdır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
9 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
9 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
10 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!




















