SOCAR İstiqrazlarının 8-ci faiz ödənişi həyata keçirilib
17 oktyabr tarixində SOCAR İstiqrazlarının növbəti faiz ödənişi gerçəkləşib.
“SOCAR Capital” şirkətindən "Marja"ya verilən məlumata görə, SOCAR İstiqrazlarının sahiblərinə hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə, 1 milyon 250 min dollar vəsait ödənilib. Bu istiqrazlar üzrə 8-ci faiz ödənişidir. Bununla da, 5 illik dövriyyə müddəti olan SOCAR İstiqrazlarının 2 ili geridə qalır. 100 milyon dollar həcmində buraxılan, illik 5% gəlirliliyi və hər 3 aydan bir faiz ödənişi olan SOCAR İstiqrazları, 2 il ərzində ölkənin qiymətli kağızlar bazarında ən çox alınıb-satılan alətə çevrilib.
2016-cı ildə buraxılan SOCAR İstiqrazlarına ilkin bazarda tələb emissiya həcmindən 2 dəfə artıq olub, təkrar bazarda isə alğı-satqı həcmi artıq 170 milyon dollara yaxınlaşır. Beləliklə, bu göstəricilərdən məlum olur ki, buraxıldığı ilk gündən bəri istiqrazlara qarşı həm fiziki, həm də hüquqi şəxslər tərəfindən maraq böyükdür.
Likvidliyi, yəni dərhal pula çevrilmək imkanı, yüksək gəlirliliyi, SOCAR-ın geri alma zəmanəti, eləcə də, faizlərin qrafik üzrə vaxtında ödənilməsi istiqrazları cəlbedici yatırım vasitəsinə çevirib.
Ötən ilin noyabr ayından etibarən istiqrazlarla REPO əməliyyatları da həyata keçirmək mümkündür. REPO əməliyyatları SOCAR İstiqrazları sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq, aşağı faizlə qısamüddətli kredit götürmək imkanı verir. Hal-hazırda SOCAR İstiqrazları ilə REPO əməliyyatlarının həcmi 28 milyon dollar təşkil edir.
Qeyd edək ki, SOCAR İstiqrazlarının sahibləri uzunmüddətli kredit götürmək imkanına da malikdirlər. Onlar öz istiqrazlarını razılıq əldə olunmuş banklarda girov qoymaqla, illik 15-16%-lə manat krediti əldə edə bilərlər. SOCAR İstiqrazları girovdaykən belə, dollarda illik 5% gəlir gətirməyə davam etdiyi üçün, manatla götürülən kreditin illik faizi realda 9%-ə qədər enir.
Xatırladaq ki, hal-hazırda ölkə vətəndaşları, eləcə də, yerli və xarici fiziki, hüquqi şəxslər, SOCAR İstiqrazlarını “ASAN xidmət”in 1 və 5 saylı mərkəzlərinə müraciət etməklə, təkrar bazardan əldə edə bilərlər.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 21 saat əvvəl
-
- 21 saat əvvəl
-
21 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























