“Rabitəbank” xərcləri kəskin artıb - BANKIN VƏZİYYƏTİ MƏLUM OLDU
“Rabitəbank” ASC 2018-ci ilin 9 ayını 476 min manat xalis mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ilin 9 ayını 642 min manat xalis mənfəətlə bağlamışdı (35% azalma).
“Marja” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlirləri ötən ilin 9 ayı ərzindəki 18 milyon 464 min manatdan bu ilin eyni dövründə 26 milyon 176 min manata yüksəlib (42% artım), qeyri-faiz gəlirləri isə 10 milyon 610 min manatdan 7 milyon 199 min manat düşüb (32% azalma). Cari ilin 9 ayının faiz və qeyri-faiz xərcləri gəlirlərdən çıxıldıqdan sonra xalis gəlirlər 18 milyon 12 min manat təşkil edib. Ötən ilin eyni dövründə xalis gəlirlər 14 milyon 651 min manat təşkil etmişdi.
“Rabitəbank” inzibati xərcləri 40%-ə yaxın artaraq 11 milyon 642 min manata, ehtiyatlara ayırması isə 9% artaraq 5 milyon 895 min manata yüksəldiyindən xalis mənfəəti aşağı düşüb.
Diqqəti cəlb edən Bankın kredit portfelinin 47,2% artaraq 292 milyon 20 min manata çatmasıdır. 30 Sentyabr 2017-ci il tarixində “Rabitəbank”ın kredit portfeli 198 milyon 372 min manat təşkil etmişdi.
Bankın cəmi aktivləri isə 656 milyon 158 min manatdan 730 milyon 308 min manata qalxıb.
30 Sentyabr 2018-ci il tarixində “Rabitəbank” 100 milyon 170 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 21 saat sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 saat əvvəl
-
14 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
17 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...
Azərbaycan neftinin son qiyməti
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Ən çox oxunanlar
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
AccessBank tenderlər elan edib




















