ARDNF Monqolustana dəvət edildi
2018-ci ilin 25 sentyabr tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Şahmar Mövsümov ARDNF-nin yaranma tarixi, milli neft strategiyası, Fondun məqsəd və vəzifələri, idarəetmə və büdcə sistemi, Fondun vəsaitlərinin idarə edilməsi və investisiya siyasəti, maliyyələşdirilən layihələr, şəffaflıq və hesabatlılığın təmin edilməsi sahəsində ARDNF-nin gördüyü işlər, makroiqtisadi sabitliyin və fiskal dayanıqlığın tənzimlənməsi istiqamətində atılan addımlar barədə təqdimatla çıxış edib.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəvəti ilə ölkəyə səfər etdiyini qeyd edən Monqolustan Prezidenti Azərbaycan və Monqolustan arasında mövcud olan əlaqələr barədə məlumat verib. ARDNF barədə təqdimatla tanış olan Prezident Xaltmaaqiyn Battulqa Neft Fondunun neft və qaz gəlirlərinin şəffaf idarə edilməsi istiqamətində mövcud təcrübəsini yüksək qiymətləndirib.
Görüşdə mövcud və gələcək investisiya imkanları, əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Monqolustan Prezidenti Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Azərbaycanın biznes missiyasının cari ilin oktyabr ayında Monqolustana səfərinin nəzərdə tutulduğunu qeyd edib və Monqolustanda mövcud olan investisiya imkanlarının nəzərdən keçirilməsi üçün ARDNF-nin nümayəndə heyətinin də qeyd edilən missiya ilə Monqolustana dəvət edib.
ARDNF-nin İcraçı direktoru Monqolustan Prezidentinə dəvət üçün təşəkkürünü bildirib. Şahmar Mövsumov ölkələr arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu və Monqolustan Prezidentinin Azərbaycana səfərinin mövcud əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəyini qeyd edib.
Nümayəndə heyəti Fondun binası və muzeyi ilə tanış olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
2 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
53 d. əvvəl
Mərkəzi Bank: Növbəti dəstək tədbirləri ilə lizinq sahəsinin inkişafını hədəfləyirik
- 56 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Cəbrayılda Şəfəq layihəsi çərçivəsində ilk günəş paneli quraşdırılıb
-
1 saat əvvəl
Biləcəridə yeni fürsət: Tam təmirli 2 otaq studiya mənzillər satışa çıxdı
- 1 saat əvvəl
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlara 51 investordan 51 sifariş
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
"Latviya Azərbaycanı strateji tərəfdaş və dost hesab edir"
Ən çox oxunanlar
Azərbaycan-Latviya sənədləri mübadilə edilib
"akart"da yeni limitlər
Aprelin 23-də gözlənilən hava şəraiti
"Kapital Bank" "Bir" ekosistemində “Bir Taxi” istifadəyə verilə bilər" iddiasına cavab verdi
















.jpg)








