Azərbaycanın ayaqqabı istehsalçısı fəaliyyətini dayandırıb
Azərbaycanın ayaqqabı istehsalçısı olan "Daimoni" şirkəti istehsalını dayandırıb.
Bu barədə şirkətin satış rəhbəri Səbuhi Səmədov bildirib. Onun sözlərinə görə, "Daimoni" artıq bir ilə yaxındır ki, fəaliyyət göstərmir: "şirkət dayanıb və işçilər buraxılıb".
Satış rəhbəri bildirir ki, fabrikin dayanmasının səbəbi bazarda fabrikin məhsullarına tələbatın aşağı olması ilə bağlıdır.
Öz növbəsində tələbatın azalması ayaqqabıların qiymətinin baha olmasının nəticəsidir. Qeyd edək ki, "Daimoni" istehsalı olan ayaqqabinın cütünün qiyməti 45 manatdan başlayaraq 150 dollaradək yüksəlirdi. Şirkət bu qiymətləri ayaqqabının istehsalı zamanı keyfiyyətli materiallardan, o cümlədən xaricdən gətiriən dərilərdən istifadə olunması ilə izah edirdi.
Amma yerli alıcıların marağının az olması səbəbindən şirkət hələ 2015-ci ildən sonra 150 dollarlıq ayaqqabıların istehsalını dayandırmışdı. Amma sonradan 45 manatlıq ayaqabıların da satışı dayanıb.
Şirkət nümayəndəsi bildirib ki, indi əhali daha çox yerli sexlərdə istehesal edilən qiyməti 22-25 manatdan başlayan ayaqqabılara maraq göstərir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 5 d. əvvəl
-
-
9 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 35 d. əvvəl
- 38 d. əvvəl
- 41 d. əvvəl
-
47 d. əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
53 d. əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Düşmən yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
“PAŞA Həyat Sığorta”da yeni təyinat
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb































