Azərbaycanda şirkətlər də “radara düşəcək” – YENİLİK
Azərbaycanda işçiləri müqaviləsiz işlədən şirkətləri sürpriz gözləyir. Yaxın vaxtlardan etibarən əmək qanunvericiliyini pozan, yəni işçiləri müqaviləsiz işlədən və həyatını sığortalamayan şirkətlər video və foto qurğularla qeydə alınacaq və onlara qarşı elektron protokollar tətbiq ediləcək.
Ölkədə əmək, məşğulluq, sosial sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələrdən sığorta sahəsində pozuntuların aşkar edilməsi, eləcə də qeyri-formal məşğulluğa qarşı mübarizə məqsədilə qanunvericiliyə dəyişikliklər üçün təkliflər hazırlaüıb.
Nazirlik bununla əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin layihəsini hazırlyaraq Nazirlər Kabinetinə təqdim edilib.
Layihəyə əsasən əmək, məşğulluq, sosial sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələrdən sığorta hallarının pozulması ilə bağlı inzibati xətalar foto və ya video qurğularla çəkildikdə, və ya elektron informasiya ehtiyatları vasitəsi ilə aşkar edildikdə protokolun tərtib edilməsi və icraatın aparılması qaydası müəyyən edilib.
Nazirlikdən verilən məlumata görə, bunun üçün əlaqədar dövlət orqanlarının və digər qurumların elektron informasiya ehtiyatları nazirliyin mərkəzi informasiya sistemi ilə inteqrasiya olunmalıdır.
Hərçənd elə indi də, ölkədə əmək, məşğulluq, sosial sığorta və sığortanın digər növləri üzrə elektron informasiya resursları mövcuddur. Və bu resurslar nəzarət tədbirlərinin sahibkarları narahat etmədən və obyektlərə getmədən nəzarət etməyə, pozuntular olduqda isə onu aşkar etməyə imkan verir.
Nazirlikdən bildirilib ki, əmək, məşğulluq, sosial sığorta sahəsində nəzarət tədbirləri əsasən sahibkarlıq subyektləri ilə ünsiyyət yaratmadan elektron informasiya ehtiyatlarının məlumatları əsasında həyata keçirilməlidir. Bunun üçün elektron nəzarət sistemi yaradılmalı və risk meyarları müəyyən edilməlidir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qubada Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti keçiriləcək - TARİX
-
3 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi başa çatıb
-
3 saat əvvəl
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
-
3 saat əvvəl
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
Ən çox oxunanlar
Bakıda 2-ci “Popeyes” restoranı açılır
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb























