"Prometal" idxalı qismən yerli istehsal ilə əvəz etdi
Daxili istehsalın qorunması milli sənaye brendlərinin yaranması üçün zəruridir.
Metal biznesi üzrə dünyaca məşhur ‘’Metal Expert’’ xəbər portalının verdiyi məlumata görə, Azərbaycanda ilk polimer örtüklü dəmir rulon istehsalçısı olan “Prometal” şirkəti avqust ayında 1700 ton polimer örtüklü dəmir rulon istehsal edərək, ölkəyə idxal olunan eyni adlı malı qismən yerli istehsal ilə əvəz etmişdir.
Avqust ayında istehsal edilən polimer örtüklü dəmir rulonların göstəricisi iyul ayına nisbətən 30% daha çox olmuşdur.
“Prometal” şirkəti aprel ayında yaranmasına baxmayaraq, məhsul istehsalını 2 dəfə artırmışdır və milli brend kimi öz yüksək keyfiyyəti ilə alıcıların güvənin qazana bilmişdir.
Şirkətin əsas üstünlüklərindən biri sifarişləri vaxtında və operativ şəkildə yerinə yetirməsidir. Sifarişlərin operativ şəkildə yerinə yetirilməsi müştərinin anbarda məhsul qalığının qalmamasına və dövriyyə xərclərinə qənaət etməsinə şərait yaradır.
ÇİNDƏN UCUZ İDXAL VƏ RÜSUM ÇƏTİNLİKLƏR YARADIR
Çindən idxal olunan keyfiyyətcə aşağı və ucuz polimer örtüklü rulonlar yerli şirkətin maksimal yüklənməsini təmin etməyə imkan vermir. Bir çox ölkələrdən (Türkiyə, Rusiya, Özbəkistan, Belorusiya, Kazaxstan, Ukrayna və s.) fərqli olaraq Azərbaycanda Çindən idxal olunan polimer örtüklü dəmir rulonlara heç bir antidempinq vergi rüsumu tətbiq olunmur. Bu da, Prometal şirkəti üçün müəyyən çətinliklər yaradır.
Bununla yanaşı boya və kimyəvi maddələr ölkəyə gətirilərkən “Prometal” şirkəti 15% rüsum ödəməli olur. Arzu olunan güzəştlər planı hazırlanaraq İqtisadiyyat Nazirliyinə təqdim olunmuşdur. Bu güzəştlər olarsa, “Prometal” şirkəti maya dəyərini bir qədər də azaldacaq və yerli bazara münasib qiymətli, keyfiyyətli məhsullar təklif edə bilər. Əlavə olaraq, şirkətin ixracetmə qabilliyyəti yüksələcək və yaxın gələcəkdə Qazaxıstan və Gürcüstan kimi ölkələrin bazarlarına daxil olacaq.
Öncə xəbər verildiyi kimi, “Prometal” şirkəti Bakıda polimer örtüklü qalvanizli dəmirin istehsalına başlamışdır. “Prometal” şirkəti İqtisadiyyat Nazirliyindən verilən “investisiyaların təşviq sənədi”-dən yararlanaraq, tikinti dövründə avadanlıqların idxalı zamanı mühüm güzəştlər əldə etmişdir. Zavod Avstraliya şirkəti ‘’Bronx International”ın qurğuları ilə təchiz olunub, hansı ki, ildə 50 min ton istehsal həcminə malikdir. Buraxılan çeşid 0.18-0.8mm qalınlıqlı polimer örtüklü rulonlardır. Qeyd edək ki, dam örtükləri, sendviç panellər, polad tavanlar, məişət texnikası və fasad materialları hazırlanan zaman polimer örtüklü dəmir rulonlar xammal kimi istifadə olunur. Bu günə qədər örtüklərdən parlaq poliester, matt poliester və məxməri poliester istehsalı da uğurlu şəkildə həyata keçirilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 49 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
1 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 1 saat əvvəl
-
2 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib






















