Avropada işçi defisiti açıqlandı - ƏN ÇOX BU SEKTORDADIR
Avropa Statistika Ofisindən (Eurostat) verilən məlumatlara görə, 19 üzvlü Avro Bölgəsində kadr çatışmazlığı, cari ilin ikinci rübündə ilk rübə nisbətən dəyişməyərək 2,1 faiz olub.
"Marja" xəbər verir ki, regionda kadr defisiti 2017-nin üçüncü rübündən bəri artım qeyd edib. Ötən ilin ikinci rübündə 1,9 faiz olan işçi defisiti, üçüncü rübdə də dəyişməyib. Kadr kəsiri, ilin dördüncü rübündə isə 2%-ə qalxıb.
Sektorlar üzrə, avro istifadə edən ölkələrdə ikinci rübdə ən çox kadr defisiti 2,4 faiz ilə xidmət sektorunda qeydə alınıb. Sənaye və tikinti sektorlarında isə kadr defisiti 1,9 faiz olub.
ƏN YÜKSƏK KADR DEFİSİTİ ÇEXİYADADIR
28 üzvlü Avropa Birliyində (AB) də kadr kəsiri, bu ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə dəyişməyərək 2,2 faiz təşkil edib. Həmin dövrdə AB-də kadr çatışmazlığı xidmət sektorunda 2,5 faiz, sənaye və tikinti sektorlarında isə 2,1% olub.
Ən çox kadr defisiti 5,4 faiz ilə Çexiyada qeydə alınıb. Növbəti yerlərdə 3,5 faiz ilə Belçika, 3,1 faiz ilə Hollandiya və 2,9% ilə Almaniya gəlir..
Ən aşağı kadr defisiti isə 0,7 faiz ilə Yunanıstandadır. Yunanıstanın ardınca, 0,9 faiz ilə Bolqarıstan, İspaniya və Portuqaliya gəlir.
Kadr defisiti 2017-nin ikinci rübü ilə müqayisədə bu ilin eyni dövründə 20 ölkədə artıb, 7 ölkədə isə dəyişməyib. Həmin dövrdə kadr defisiti təkcə Estoniyada azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)



