“Bakcell”dən 16 bölgənin sakinlərinə 5Gb PULSUZ 4G interneti
Bu kampaniya Bakcell abunəçilərinə 4G şəbəkəsini sınaqdan keçirmək və yüksəksürətli internet təcrübəsindən yararlanmaq imkanı verəcək
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin 16 bölgəsinin sakinlərinə 5 Giqabayt həcmində PULSUZ 4G interneti əldə etmək və telekommunikasiya bazarında ən müasir texnologiya və ən yüksək müştəri təcrübəsindən yararlanmaq fürsəti qazandırır.
İlin əvvəlindən görülmüş genişmiqyaslı işlər və yatırılmış iri həcmli investisiyalar nəticəsində Bakcell özünün 4G şəbəkəsinin əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib. Bakcell şəbəkəsinin üstünlüyünü 4G xidməti ilə əhatə olunmuş bölgələrin əhalisinə əyani şəkildə təqdim etmək məqsədilə 16 şəhər və rayonda - Oğuz, Ağstafa, Şabran, Qazax, Siyəzən, Ucar, Zaqatala, Lənkəran, Salyan, Qax, Qəbələ, Yevlax, Cəlilabad, Şəki, Şirvan və Saatlıda yaşayan abunəçilərə 5 GB həcmində PULSUZ internetdən istifadə etmək imkanı verilib. 1 sentyabr-31 oktyabr tarixləri arasında keçiriləcək bu kampaniyada iştirak etmək üçün abunəçilər sadəcə telefonda *304#YES kodunu yiğmalı və cihazın ayarlarında 4G/LTE şəbəkəsini şeçməlidirlər.
Kampaniya zamanı təqdim olunan PULSUZ internet trafikindən istifadə etmək fürsəti hər abunəçiyə yalnız bir dəfə verilir.
Kampaniyadan yararlana bilmək üçün abunəçinin mobil cihazı 4G şəbəkəsini dəstəkləməli və 4G SİM-kartla təmin olunmalıdır. Qeyd edək ki, yuxarıda qeyd olunan bölgələrdə yaşayan Bakcell abunəçiləri yaşadıqları əraziyə yaxın olan Bakcell Müştəri Xidməti Mərkəzinə və ya “Bakcell”in diler dükanına yaxınlaşıb öz köhnə SİM kartını yeni 4G SİM-kartı ilə PULSUZ dəyişə bilərlər.
Həmin bölgələrdə yerləşən diler dükanlarının ünvanları aşağıdakı linkdədir: https://www.bakcell.com/az/free_5_gb_internet_on_4g_network
5GB həcmində PULSUZ internet yalnız “Bakcell”in 4G şəbəkəsində 30 gün ərzində istifadə oluna bilər. Həmçinin, hədiyyə 5GB paketi yalnız yuxarıda qeyd olunan rayon və şəhərlərin ərazisində istifadə oluna bilər. Pulsuz trafik başa çatandan sonra abunəçilər Bakcell şirkətinin qiyməti 5 AZN-dən başlayan sərfəli internet paketlərindən birini əldə edib ultra-yüksək sürət və ən yüksək keyfiyyətli müştəri təcrübəsindən yararlanmağa davam edə bilərlər. Təqdim olunan internet paketləri barədə ətraflı məlumat www.bakcell.com səhifəsindən və Bakcell şirkətinin Facebook və İnstagram sosial şəbəkələrindəki rəsmi səfihələrindən əldə oluna bilər.
4G texnologiyası mobil cihaz vasitəsilə həyata keçirilən yükləmə, video zəng, mobil televiziya və ya sosial şəbəkələrdən istifadə kimi əməliyyatların sürətini əhəmiyyətli dərəcədə yüksəltmək üçün yaradılmış dördüncü nəsil simsiz məlumatötürmə şəbəkəsidir. 4G əsasən daha sürətli, rahat və sabit texnologiya deməkdir. Bakcell şirkətinin qurduğu ən müasir 4G şəbəkəsi abunəçilərə öz smatrfonlarının ən maraqlı funksiyalarından tam şəkildə yararlanmaq imkanı verir. 2015-ci ildə Bakcell şirkəti özünün 4G şəbəkəsində ən son texnoloji yenilik olan LTE “Advanced Carrier Aggregation” (tezlik daşıyıcılarının birləşməsi) texnologiyasının tətbiqi sayəsində saniyədə 225 Meqabitə qədər olan sürətin dəstəklənməsini təmin edib.
Bakcell şirkətinin 4G xidməti artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 30-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. 7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
13 d. əvvəl
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
- 17 d. əvvəl
-
47 d. əvvəl
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
-
1 saat əvvəl
Azərbaycan kapital bazarlarında ilk: ABB Invest “agile” (çevik) idarəetməyə keçdi!
-
1 saat əvvəl
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
-
2 saat əvvəl
“Karabakh” şərabı IWSC beynəlxalq müsabiqəsində mükafata layiq görülüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
Ən çox oxunanlar
Azərbaycanın sığorta bazarı 4 %-ə yaxın böyüyüb
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
SİMA həlləri WUF13-də təqdim edildi
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur







.jpg)








.jpg)




