Bank Respublika kartları ilə sürətli ödənişdən həzz alın!

Müasir bank kartı ilk növbədə rahat və sürətli ödəniş vasitəsidir və məhz bu keyfiyyətlərə malik MasterCard və Visa ödəniş sistemlərinin kartlarını Bank Respublika öz müştərilərinə təklif edir.
“Bank Respublika”nın istənilən kartını əldə etməklə, kart sahibi avtomatik olaraq PayWave və PayPass texnologiyaları üzərindən təmassız ödənişlər imkanı əldə edir.
Təmassız ödəniş – gündəlik olaraq hər bir mal alışı və ya xidmət üçün ödəniş etdikdə vaxta qənaət etmək deməkdir. Kartı POS terminala yaxınlaşdırmaq kifayət edir ki, ödəniş PİN kod yığılmadan birbaşa həyata keçsin. Əgər ödəniş məbləği 20 manatdan çox olarsa, əməliyyatı həyata keçirmək üçün kartı POS terminala yaxınlaşdırdıqdan sonra PİN kodu yığmaq tələb olunur.
Kafe və restoranlarda, yanacaqdoldurma məntəqələri və ya supermarketlər kimi sürətli xidmət yerlərində bu cür ödənişlər xüsusilə rahatdır. Vaxtınızı növbələrdə ödəniş edərək keçirməyərək, daha vacib işlər üçün qənaət edə bilərsiniz
"Bank Respublika 2014-cü ildən etibarən buraxdığı bütün bank kartlarında təmassız ödəniş texnologiyasını tədbiq etməyə başlayıb. MasterCard və Visa ödəniş sistemləri ilə birgə, Bank bütün kateqoriyalar üzrə kartları PayPass və PayWave texnologiyaları ilə təmin etmişdir. Bununla yanaşı, təmassız ödənişləri qəbul etmək üçün partnyor şəbəkəmizdə infrastruktur yaradan POS terminal parkını yeniləmişik. Bu gün biz müştərilərimiz və partnyorlarımız arasında təmassız ödənişləri PayPass və PayWave xidmətləri vasitəsilə həyata keçirmələrini tövsiyə edirik.” – deyə “Bank Respublika”nın İdarə Heyətinin sədr müavini Aslan Abasov bildirib.
Təmassız ödəniş imkanı olan kartlar xüsusi məbləğ və ödəniş növünə görə limitlər siyasəti vasitəsilə qeyri-qanuni ödənişlərdən qorunur, bu da kart itirildikdə vəsaitlərin Sizdən xəbərsiz xərclənməsi risklərini azaldır.
Təmassız ödənişlər Mastercard və Visa ödəniş sistemlərinin təqdim edildiyi dünyanın istənilən ölkəsində qəbul edilir, həm müştərilər, həm də ticarət nöqtələri üçün ödəniş prosesini asanlaşdırır. Kartları Bank Respublikanın bütün ofislərində, həmçinin bankın rəsmi saytı üzərindən (https://www.bankrespublika.az/content/az/99) onlayn sifariş etmək mümkündür. Bank kartları manat, avro və ABŞ dolları valyutasında təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
10 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
