Azərbaycanda ilk dəfə kartof üçün biotexnoloji laboratoriya yaradılıb - MÜSAHİBƏ
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyevin müsahibəsi
“MƏQSƏDİMİZ YERLİ SORTLARIN GENOFONDUNU QORUMAQ VƏ YENİ SORTLAR YARATMAQDIR”
-Elmar müəllim, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun əsas fəaliyyət istiqamətləri hansılardır?
-İnstitutumuz 1965-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə yaradılmışdır. Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun əsas fəaliyyət istiqamətinə tərəvəz, bostan və kartof bitkilərinin genefond materiallarının toplanması, öyrənilməsi, yeni sortların, hibridlərin və klonların yaradılması, ilkin toxumçuluğunun təşkili, xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinin hazırlanması və tətbiqi, tərəvəz bitkilərinin becərilməsi, emal və saxlanma texnologiyalarının işlənməsi üzrə elmi-tədqiqat işlərinin aparılması daxildir.
-Azərbaycanda ənənəvi yerli tərəvəz sortları çox məşhurdur. Bu sortların qorunması, həmçinin seleksiya yolu ilə yeni sortların yaradılması ilə bağlı hansı işlər görülür?
-İnstitutun alimləri tərəfindən tərəvəz, bostan və kartof bitkilərinin 100-dən artıq sortu yaradılıb, onlardan 65-i isə rayonlaşdırılıb. Kələmin “Azərbaycan”, “Abşeronskaya Ozimaya”, pomidorun “Vətən”, “Leyla”, “Zərrabi”, “Alsu”, badımcanın “Məhərrəm”, “Zəhara”, acı bibərin “Göygöl”, sarımsağın “Cəlilabad”, kartofun “Telman”, “Sevinc”, “Əmiri-600”, qırmızı soğanın “Sabir” və digər tərəvəz bitkilərinin sortları fermerlərimiz arasında çox populyardır. Artıq İnstitutumuzun yeni inzibati-laboratoriya binası tikilib və Avropa, ABŞ və Yaponiya istehsalı olan ən müasir avadanlıqlarla təchiz olunub. Müasir avadanlıqlar vasitəsilə torpaq və bitki analizləri aparmaq, pestisid qalığının miqdarını, tərəvəz xəstəliklərinin viruslarını təyin etmək mümkündür. Bitkilərdə baş verən fizioloji proseslərin tədqiq edilməsi, azot və proteinlərin miqdarının təyin olunması, toxumların cücərmə qabiliyyətinin öyrənilməsi, bitkilərin biotexnoloji üsullarla laboratoriya şəraitində yetişdirilməsi, tərəvəzin emalı və saxlanılması istiqamətində analiz və tədqiqatların aparılması məhz bu cihazlar vasitəsilə həyata keçirilir. Eyni zamanda İnstitutumuz tərəfindən Azərbaycanda ilk dəfə istehsal yönümlü kartofun virussuz mini yumrularının laboratoriyada “in vitro” şəraitində əldə edilməsi məqsədilə müasir biotexnoloji laboratoriya yaradılmışdır. Bu ölkəmizdə sağlam kartof toxumunun yetişdirilməsində və kartof toxumçuluğu sisteminin yaradılmasında müstəsna rol oynayacaq və növbəti illərdə ölkənin sağlam kartof toxumuna olan tələbatının ödənilməsində öz töhfəsini verəcəkdir.
-Dünyada toxumçuluq sahəsində gedən trendlərə nəzər salsaq, görərik ki, istiqamət hər yerdə eynidir - yerli şəraitə uyğunlaşdırılmış, məhsuldar və xəstəliklərə davamlı sortlar yaratmaq. Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu bu trendlərlə ayaqlaşa bilirmi?
-Əvvəldə qeyd etdiyim kimi İnstitutun tərəvəz bitkiləri üzrə bir sıra sortları vardır ki, bu sadalanan parametrlərə cavab verir. Amma hal-hazırda istehsalçıların böyük hissəsi yüksək məhsuldarlığa malik hibrid toxumlardan əmələ gələn bitkilərin yetişdirilməsinə üstünlük verir. Tərəvəz, bostan bitkilərinin hibrid toxumların istehsalı ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi İsrailin dövləti ilə əməkdaşlığa başlamışdır. Bu əməkdaşlıq çərçivəsində institutun 6.14 hektar sahəsində 7 ədəd ən müasir “ağıllı istixanaların” quraşdırılması başa çatmaq üzrədir. Həmçinin, açıq sahədə becərilən tərəvəzlərin yeni sortlarının yaradılması, toxumçuluğun təşkili üçün 30 hektar ərazidə damla suvarma və yağmurlama sistemləri qurulur. Layihə çərçivəsində ilk dəfə Cənubi Qafqazda tərəvəz toxumu emalı müəssisəsi yaradılıb. “Milli tərəvəz və kartof toxumçuluğu layihəsinin” həyata keçirilməsində əsas məqsəd fermer və sahibkarları keyfiyyətli yerli, xarici toxumlardan qiymətinə görə daha münasib olan tərəvəz, bostan və kartof bitkilərinin toxumları ilə təmin etməkdir.
-Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu beynəlxalq təcrübədən hansı formada yararlanır?
-İnstitutumuz müsabiqəli qrantlar proqramlarında, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə layihələrində də aktiv iştirak edir. Eyni zamanda Dünya Tərəvəzçilik Mərkəzi (AVRDC, Tayvan) və Beynəlxalq Kartofçuluq Mərkəzi (CIP, Peru) ilə də əməkdaşlıq edirik. Bu bizə həm digər ölkələrin elmi-tədqiqat institutları ilə öz təcrübəmizi bölüşməyə, həm də xarici təcrübə ilə tanış olmağa imkan verir. Qarşımızda duran əsas vəzifə isə dəyişməzdir - ənənəvi sortlarımızın genefondunu qoruyub saxlamaqla yanaşı, yeni, daha məhsuldar və keyfiyyətli tərəvəz, bostan və kartof bitkilərinin sortlarını yaratmaqdır. Kənd Təsərrüfatı Nazirliyi fəaliyyətimizin bütün istiqamətlərində bizə daim dəstək verir.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
2 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 2 gün əvvəl
-
2 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
2 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb










.jpg)











