Türkiyədən gecəyarısı açıqlama
Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak, gecəyarısı sosial media saytı "Twitter" hesabından etdiyi açıqlamada, məzənnənin yüksəlməsinə dair hərəkət planının tətbiq olunmağa başladığını bildirib. Albayrak, vətəndaşların banklardakı dollar və avro əmanətlərinə (depozitlərinə) əl qoyulacağı və ya TL-yə çevriləcəyinə dair çıxan iddiaların həqiqəti əks etdirmədiyini vurğulayıb. O, əmanət hesablarına əl qoyulacaq şəklində dedi-qodu çıxaranlar haqqında qanuni tədbirlər görüləcəyini açıqlayıb.
Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak, Dollar/Türk lirəsi məzənnəsinin yüksəlməsinə dair açıqlamalar verib.
"Marja" xəbər verir ki, nazir Albayrak, məzənnənin yüksəlməsinə qarşı gecəyarısından etibarən hərəkət planlarını tətbiq etməyə başladıqlarının vurğulayaraq, "Bazar ertəsi səhərdən etibarən bazarları sakitləşdirmək məqsədilə qurumlarımız lazımi addımları atacaq və bu barədə lazımi məlumatları bazar ilə bölüşəcəklər. Dediyim kimi, bütün tədbir və hərəkət planlarımız hazırdır" deyib.
"ƏMANƏTLƏRƏ ƏL QOYULMAYACAQ"
Valyutadakı əmanət hesablarına əl qoyulacağı və ya TL-yə çevriləcəyi barədə çıxan iddiaların həqiqəti əks etdirmədiyini vurğulayan nazir Albayrak, "Davamlı ictimaiyyətinin gündəminə bəzi iddialar gəlir. Əmanətlərin TL-yə çevriləcəyi ya da əl qoyulacağı kimi çox iddialar.... Baxın, çox dəqiq deyirəm. Əmanətlərə əl qoyulmayacaq. Hesablardakı xarici valyutalar TL-yə çevrilməyəcək. Amma bu dedi-qoduları və yalanları ortaya atanlarla hüquqi tədbirlər görəcəyik. Hüquqi prosedur başlanılacaq" ifadəsini istifadə edib.
"BU, ÇOX AYDIN BİR TƏCAVÜZÜN GÖSTƏRİCİSİDİR"
Nazir Albayrak, məzənnələrdəki bugünkü vəziyyətin iqtisadi göstəricilərlə izah olunmasının mümkün olmadığını qeyd edərək "Bu, çox aydın bir təcavüzün göstəricisidir. Qlobal maliyyə sistemin ən böyük oyunçusunun başladığı bu hücum, bütün inkişaf etməkdə olan ölkələrdə oxşar vəziyyəti ortaya çıxarır. Çıxardı da. Ölkəmizin valyutasının birbaşa ABŞ prezidenti tərəfindən hədəf alındığı belə bir şəraitdə, Türkiyə iqtisadiyyatını kövrək olmaqda ittiham etmək doğru deyil" şəklində danışıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Albayrakın "Twitter"dəki açıqlamasında deyilir:
"Bizim yeni iqtisadi yanaşmamızın ən önəmli tədbiri büdcə intizamıdır. Hədəflərimizi müəyyənləşdirdik. Artıq xərclər üçün güzəştə getməyəcəyik, bütün qurum və nazirlərimizlə danışdıq.
Bu həssaslıq üçün lazım gələrsə hədəflənən göstəricilər üçün "Maliyyə Qayda"sı tətbiq edəcəyik.
İnvestisiyaları və xərcləri qiymətləndirərkən 3 sualın verdiyi cavaba nəzər salacağıq: Texnoloji ya da yüksək əlavə dəyərli istehsal təmin edir? İxracı artırır? Cari kəsiri aşağı salır? Bu anlayış bütün iqtisadiyyat sahələrində hakim olacaq.
Kimsənin şübhəsi olmasın. Millətimizin dəstəyi, rasional siyasət və qərarlı bir mövqe ilə bu mübarizədən Allahın izni ilə qələbə ilə çıxacağıq".
Xəbər verdiyimiz kimi, bu gücə Dollar 7 Türk Lirəsini keçib. Dollar/Türk Lirəsi məzənnəsi 7,1326 səviyyəsini görərək rekord qırıb. Ötən Cümə günü 20% ucuzlaşmış Türk lirəsi, bu gün 10% də dəyər itirib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 13 d. əvvəl
-
29 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 33 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
-
2 saat əvvəl
Mərkəzi Bank “Paysis” və “Greentek Group” şirkətləri haqqında yeni məlumat yayıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"























