Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri seçilib
Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti Ümumi Yığıncağı keçirilib.
İqtisadiyyat Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, tədbirdə İşgüzar Şuranın fəaliyyətinə dair bir sıra təşkilati məsələlər müzakirə edilib, İdarə Heyətinin yeni tərkibi təsdiqlənib və Səməd Qurbanov Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri seçilib.
İclasda Azərbaycan və Rusiya arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyi, Rusiyanın ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğu, qarşılıqlı investisiya qoyuluşlarının və birgə layihələrin həyata keçirildiyi vurğulanıb.
Diqqətə çatdırılıb ki, Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə Rusiya ilk sıradadır və ölkəmizin xaricdə ilk ticarət nümayəndəliyi də məhz Rusiya Federasiyasında yaradılıb. Bununla belə mövcud potensial nəzərə alınaraq ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi üçün yeni mexanizmlərin tətbiqi istiqamətində tədbirlər davam etdirilir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Tədbirdə həmçinin, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sektorları üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə, ticarət əlaqələrinin daha da dərinləşdirilməsinə, qarşılıqlı investisiya qoyuluşlarına, işgüzar dairələr arasında mövcud əlaqələrin inkişafına və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan-Rusiya İşgüzar Şurası 2016-cı ildə yaradılıb. İşgüzar Şuranın yaradılmasında əsas məqsəd Azərbaycan və Rusiya arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları arasında əməkdaşlığı daha da genişləndirməkdir. Bu məqsədlə Azərbaycan-Rusiya İşgüzar Şurası Rusiyanın analoji təşkilatı olan Rusiya-Azərbaycan İşgüzar Şurası ilə yaxından əməkdaşlıq edir və iş adamlarının iştirakı ilə işgüzar şuraların mütəmadi olaraq birgə iclasları keçirilir. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının sonuncu geniştərkibli iclası 2017-ci ilin dekabrında təşkil olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat sonra
-
11 d. əvvəl
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 15 d. əvvəl
-
-
30 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
2 saat əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
2 saat əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Rəsmi məzənnələr açıqlandı

























