Unibankdan sahibkarlara növbəti dəstək
Unibank müəssisələr üçün sərfəli əmək haqqı layihələrinin tətbiqinə başlayıb.
İndi Unibanka müraciət edən sahibkarlar əmək haqqı layihələrində xeyli güzəştlər və üstünlüklər əldə edə biləcəklər. Unibank-ın Korporativ bank xidmətləri departamentinin rəhbəri Məcid Məmmədov bildirib ki, bu ilin əvvəlindən “Nağdsız hesablaşmalar haqqında” qanunun tətbiqi ilə əlaqədar nağdsız əmək haqqı sisteminə keçən müəssisələrin sayı kəskin artıb: “ Biz Unibank olaraq qərara aldıq ki, bu istiqamətdə iş adamlarına daha yaxından dəstək olaq. Hazırda bank tərəfindən korporativ müştərilərə əmək haqqı fondu və əməkdaşlarının sayına görə, cəlbedici əmək haqqı layihələri təklif edilir. Bu əmək haqqı layihələrində xüsusi güzəştlər nəzərdə tutulur. Unibank-ın universal bank olması şirkətlərlə yanaşı, onların əməkdaşlarına da yüksək səviyyəli xidmət göstərməyə imkan yaradan bir üstünlükdür. Minimum sənədləşmə, geniş filial və bankomat şəbəkəmiz, əmək haqqlarını ofisi tərk etmədən, təhlükəsiz internet bank xidmətimiz vasitəsilə ödəmə imkanı, bu istiqamətdə Unibank-la əməkdaşlığın maksimum rahat olmasını təmin edir”.
Unibank-ın əmək haqqı layihələrinin üstünlükləri bununla bitmir. Müəssisələrə profilinə uyğun individual əmək haqqı layihəsi təklif edən bank, layihə çərçivəsində hər bir əməkdaşa 3D secure təhlükəsizlik xidməti ilə təmin olunmuş kart verir. Əmək haqqının ALBALI PLUS debetlə təqdim olunması isə sahibinə bu kartın üstünlüklərindən (depozit funksiyası, 20%-dək cashback imkanı, partnyor mağazalarda endirimlər və s.) istifadə imkanı yaradır. Öz əmək haqqı kartlarını MDB-nin ən mükəmməl mobil əlavələrindən olan Unibank Mobile xidmətinə qoşmaq imkanı əldə edən müəssisə əməkdaşları, günün istənilən vaxtında kart hesabına nəzarət edə, ödənişləri həyata keçirə bilərlər. Əmək haqqını Unibank kartları ilə alan şirkət əməkdaşlarının bankda avtomatik tarixçəsi yaranır ki, bu da gələcəkdə həmin şəxsə minimum sənədləşmə və güzəştli faiz dərəcəsi ilə kredit rəsmiləşdirmək imkanı qazandırır.
Müəssisə sahibləri Unibankın əmək haqqı layihələrinə qoşulmaqla, çoxsaylı güzəştlərdən faydalanmaqla yanaşı, əlavə vaxt itkisindən və resurs cəlbindən azad olurlar. Əmək haqqı layihəsinə Unibankın bütün filiallarında qoşulmaq mümkündür.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















.jpg)


