“Mətanət A”dan Autist Uşaqların Reablitasiyası Mərkəzinə yardım
(®) Deyirlər Tanrının bizə iki əl verməsinin səbəbi var: biri özümüzə, o biri digərlərinə yardım etmək üçündür. Azərbaycanda son illərin ən güvənilən şirkətlərindən biri, inşaat materialları bazarında 15 ildən artıq bir müddətdə liderliyini qoruyub saxlaya bilən “Mətanət A” şirkəti də fəaliyyətində hər zaman bu prinsipi əsas tutur. Şirkətin səxavətindən bu dəfə Autist Uşaqların Reablitasiyası Mərkəzinə pay düşdü.
“Mətanət A” şirkəti mərkəzin yeni korpusunun tikintisi üçün tikinti materialları yardımı edib. Şirkətin istehsalı olan “Mətanət A” kafel-metlax yapışdırıcısı, “Ağdağ” astar şpatlyovkası və “Ağdağ” üzlük şpatlyovkası Autist Uşaqların Reablitasiyası Mərkəzinə təhvil verilib. Bu məhsullardan mərkəsin yeni binasının tikintisində istifadə olunacaq.
Qeyd edək ki, hazırda Autist Uşaqların Reablitasiyası Mərkəzində 54 uşaq müalicə alır. Onların təlim və müalicəsi ilə 50 –dən artıq psixoloq – pedaqoq məşğuldur. Mərkəz valideynlərin üzvlük haqqları və xeyirxah insanların yardımları, ianələri hesabına mövcudluğunu qoruyub saxlayır. Xüsusi qayğıya ehtiyacı olan insanlar kateqoriyasına aid edilən autist uşaqların cəmiyyətə qazandırılması kifayət qədər uzunmüddətli və çətin proses hesab olunur. Onlarla daim zehni və fiziki məşqlərin aparılması zəruri tələbləridən biridir. Mərkəzin hazırda fəaliyyət göstərdiyi bina isə bu tələblərin yerinə yetirilməsi üçün kifayət qədər darısqal idi. Ona görə də mərkəz rəhbərliyi əlavə korpus inşa etmək qərarına gəlib. Futbol klublarından birinin mərkəzə hədiyyə etdiyi ərazidə yeni korpusun tikintisinə artıq start verilib. “Mətanət A” şıirkəti də autist uşaqların müalicəsinə öz tövhəsini vermək və yeni mərkəzin tikintisində payının olmasını istədi. Ümid edirik ki, bu istəyimizə nail ola bildik. Şirkət bundan sonra da humanitar yönümlü bu qəbildən layihələrini davam etdirməklə xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətimizə qazandırılmasına tövhəsini vermək niyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat sonra
-
12 d. əvvəl
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 16 d. əvvəl
-
-
31 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
2 saat əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
2 saat əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Rəsmi məzənnələr açıqlandı























