
Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti açıqlandı

Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinin 2017-ci il üzrə icrasına dair monitorinq və qiymətləndirmə nəticələri ictimaiyyətə açıqlandı. Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli bildirib ki, adıçəkilən strateji yol xəritəsi üzrə icra səviyyəsi bir daha onu göstərir ki, ölkədə Prezident İlham Əliyevin rəhbərliyilə aparılan islahatların müsbət təsirləri telekommunikasiya sektorunda davamlı inkişafı təmin edib.
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının meneceri “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilən tədbirlərin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin 47 faizinin icrasının tamamlandığını, 28 faizinin qismən icra edildiyini, 25 faizinin isə icra edilmədiyini bildirib.
Nicat Əsədli həmçinin onu da əlavə edib ki, “2017-ci il ərzində “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsinin ilk hədəfi – İdarəetmə strukturlarının təkmilləşdirilməsi və İKT-nin gücləndirilməsi – üzrə tam icra 6 faiz, qismən icra 56 faiz səviyyəsində təmin olunub. Bu hədəf üzrə telekommunikasiya sektorunda tənzimləyici qurumun yaradılması, telekommunikasiya bazarının liberallaşdırılması və mobil infrastruktura investisiyaların qoyuluşu istiqamətlərində 2017-ci il üçün nəzərdə tutulan tədbirlər həyata keçirilib. Telekommunikasiya sektorunda uğurlu nəticələr əldə edən ölkələrin təcrübəsinin öyrənilməsi və Azərbaycanda tətbiqi imkanları ilə bağlı bir sıra araşdırmalar aparılıb. TASİM layihəsinin reallaşdırılması məqsədilə fəaliyyətlər davam etdirilib.
Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsində ikinci hədəf – Sahibkarlıq subyektlərinin fəaliyyətində məhsuldarlığın və əməliyyat səmərəliliyinin artırılması üzrə icra səviyyəsi belə olub: 71 faiz tam icra, 17 faiz qismən icra və 12 faiz icra edilməyib. Ölkə iqtisadiyyatında yüksək nağdlaşmanı şərtləndirən fundamental amillərin geniş diaqnostikası, iqtisadiyyatda nağd pul dövriyyəsinin azaldılması və nağdsız ödənişlərin inkişafı məqsədilə beynəlxalq məsləhətçilər cəlb edilib. Rəqəmsal ödənişlər üzrə milli strategiya və cari ödəniş ekosistemi, nağd ödənişlərə təkan verən makro/mikro amillər, nağd puldan rəqəmsal ödənişlərə miqrasiya üzrə ümumi metodlar araşdırılmaqla, rəqəmsal ödənişlərin genişləndirilməsinə dair proqram, eGov 2.0 versiyasında mobil hökumət (mGov) konsepsiya layihəsi, “Hökumət Bulud”un (G-Cloud) yaradılması barədə layihə hazırlanıb. Rəqəmsal təhsilin inkişafı üzrə islahat istiqamətlərinin təhlili əsasında təhsil müəssisələrinin İKT infrastrukturunun inkişafı üzrə proqram layihəsi təqdim edilib. “Elektron məktəb” layihəsinə 50 təhsil müəssisəsi cəlb edilib. Layihə çərçivəsində pedaqoji heyətin hazırlığı, İKT infrastrukturunun inkişaf etdirilməsi, Elektron Məktəb İdarəetmə Proqramı və Valideyn Nəzarət Sistemi, elektron tədris resursları istiqamətləri üzrə tədbirlər həyata keçirilib. Tələbələrin İKT bacarıqlarının qiymətləndirilməsi mexanizmləri ilə bağlı Bakı Mühəndislik Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İKT akademiyalarının qurulmasına başlanılıb.
Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsində üçüncü hədəf – Hökumətin və sosial mühitin rəqəmsallaşdırılması üzrə tam icra 17 faiz, qismən icra 17 faiz olub, 66 faiz tədbir icra edilməyib.
Azərbaycan Respublikasının Mərkəzi Bankı “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə 2017-ci ildə nəzərdə tutulan tədbirlərin 100 faizin icra edib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 75 faiz, Təhsil Nazirliyi 68 faiz, İqtisadiyyat Nazirliyi 65 faiz, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 52 faiz, Xarici İşlər Nazirliyi 50 faiz, Səhiyyə Nazirliyi 33 faizlik icra göstəricilərinə malikdirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 gün sonra
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 3 gün sonra
-
4 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Xsolla” şirkətinin prezidenti ilə görüşüb
-
4 saat əvvəl
Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı
- 5 saat əvvəl
-
5 saat əvvəl
“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar
- 5 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı

“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

Azərbaycanda daha çox ət, süd, yumurta və yağlar bahalaşıb

Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Tramp Avropa İttifaqını Hindistan və Çinə qarşı 100%-lik rüsumlar tətbiq etməyə çağırıb

Maliyyə savadlılığı hər yaşda önəmlidir – Bank of Baku-dan təlim

"Muzdlu işçilərin sayı az olduqca, vergilərin, sosial sığortanın yığılmasında problemlərimiz olacaq"
