Trampın FED-ə iradı dollara mənfi təsir göstərdi - GÜNƏ BAXIŞ
Dünənki Avropa ticarət sessiyasında dolların bahalaşmasına baxmayaraq, daha sonra ucuzlaşdığı müşahidə olundu.
Əsasən GBP/USD cütlüyü üzrə sürətli eniş dalğası Britaniya iqtisadiyyatı üzrə makroiqtisadi göstəricilərin ard -arda mənfi çıxması və "Brexit"lə bağlı qeyri-müəyyənlik fonunda baş vermişdir. Günün sonuna yaxın Amerika prezidenti Donald Trampın FED siyasəti ilə bağlı açıqlaması dollara mənfi təsir göstərdi. Bunun əsas səbəbi kimi D.Trampın faiz artımı templərini dəstəkləməməsini söyləməsi oldu. D.Trampın sözlərinə görə, bu temp əldə olunmuş iqtisadi inkişafa mənfi təsir edir.
Bunun fonunda günün sonunda dollar əldə etdiyi mövqelərini tədricən itirməyə başladı ki, nəticədə EUR/USD 1.1574 minimumlarından 1.1678 səviyyələrinədək, GBP/USD 1.2956 minimumlarında 1.3049 səviyyələrinədək geri dönüş etdi.
Bu xəbər qızıl qiymətlərinə də təsirsiz ötüşmədi. Qızıl 1211 qiymətindən 1230 hədlərinədək bahalaşdı. Bu təsirin nə dərəcədə davamlı olması bu günki ticarət sessiyasında bilinəcək.
Gündəlik xəbər təqviminə nəzər saldıqda əsas xəbərlər Kanada iqtisadiyyatı ilə bağlı olacaq. Bakı vaxtı ilə 16:30 da dərc olunacaq Pərakəndə Satış indeksi və İstehlak qiymətləri indeksi USD/CAD cütlüyündə ciddi hərəkətliliyə səbəb ola bilər. Xəbərlərə istinad etsək göstəricilərin müsbət dərc olunacağı gözlənilir. Bu da öz növbəsində CAD-ın məzənnəsində artım yarada bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
13 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)




.jpg)








