Məhsulları xaricə satmağın asan yolu Sumqayıtda təqdim olundu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin region sahibkarları ilə görüşləri davam edir. Bu dəfəki görüş Sumqayıt, Abşeron və Xızıdan olan sahibkarlarla keçirilib.
Sumqayıtda təşkil olunan görüşdə rayon və şəhər icra hakimiyyətlərinin rəhbərliyi iştirak edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, iqtisadi təhlükəsizlik, yaxşı infrastruktur və ictimai-siyasi sabitlik sahibkarlığın inkişafı üçün fundamental zəmindir.
İcraçı direktor vergi və gömrük gömrük islahatları, həmçinin investisiya təşviqi və ixrac təşviqi sahəsində aparılan islahatlardan danışıb. Vüsal Qasımlı bildirib ki, bir neçə ay əvvəl yaradılan və Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün nəzərdə tutulan Azexport.az portalı bölgələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarların ixracyönümlü məhsullarının xarici tərəfdaşlara çatdırılmasının asanlaşdırılması və ölkəmizin ixrac potensialının artırılması istiqamətində mühüm addımlar atır.
Daha sonra tədbirdə Azexport.az portalının rəhbəri Zaur Qardaşov çıxış edib. O sahibkarlara məhsul və xidmətlər haqqında məlumatların portala daxil edilmə yollarını izah edib, portal barədə ətraflı məlumat verib.
Görüşdə iştirak edən 70-ə yaxın sahibkar ölkəmizdə aparılan iqtisadi islahatlar, habelə Azexport.az-la əməkdaşlıq imkanları barədə suallar veriblər.
Qeyd edək ki, Azexport.az portalı Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı əsasında yaradılıb. Portala beş mindən artıq yerli istehsal olan məhsul daxil edilib. Artıq portal vasitəsi ilə müxtəlif ölkələrdən 5 milyon dollara yaxın məhsul sifarişi daxil olub.
Azexport.az komandasının həm Bakıda, həm də bölgələrdə sahibkarlarla görüşləri davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)










.jpg)







