“Kapital Bank”ın gəlirləri və xalis mənfəəti artıb
“Kapital Bank” ASC 2018-ci ilin birinci yarısını 41 milyon 673 min manat xalis mənfəətlə başa vurub.
Bank 2018-ci ilin 1-ci rübündə 22 milyon 262 min manat, 2-ci rübündə isə 19 milyon 411 min manat xalis mənfəət əldə edib.
“Marja” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən ilin birinci yarısı ilə müqayisədə “Kapital Bank”ın xalis mənfəəti 2,2% artıb. Belə ki,“Kapital Bank” ASC 2017-ci ilin 1-ci yarısını 40 milyon 758 min manat xalis mənfəət ilə başa vurmuşdu.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
2018-ci ilin yanvar-iyun dövründə ,“Kapital Bank”ın faiz gəlirləri 150 milyon 657 min manat, qeyri-faiz gəlirləri 70 milyon 575 min manat təşkil edib. 2017-ci ilin yanvar-iyun dövründə Bankın faiz gəlirləri 132 milyon 608 min manat, qeyri-faiz gəlirləri 63 milyon 783 min manat təşkil etmişdi. Beləliklə, Bankın faiz gəlirləri 13,6%, qeyri faiz gəlirləri isə 10,6% azalıb.
EHTİYATLARA AYIRMA 2 DƏFƏ ARTIB
Bank 6 ay ərzində aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 54 milyon 74 min manat ayırıb. Ötən ilin 6 ayında bu məbləğ 27 milyon 261 min manat təşkil etmişdi.
Xərclər və ehtiyatlara ayırmadan sonra vergilər ödənilənədək mənfəət 52 milyon 905 min manat təşkil edib. “Kapital Bank” 11 milyon 231 min manat mənfəət vergisi ödəyib.
“Kapital Bank” ASC-nin audit olunmuş hesabatına görə, Bank 2017-ci ili 112 milyon 407 min manat xalis mənfəət ilə başa vurub. Yerli standartlar əsasında hazıranmış rüblük hesabatda qeyd edimişdi ki, Bank 2017-ci ili 94 milyon 839 min manat xalis mənfəətlə başa vurub.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 İyun 2018-ci il tarixində Kapital Bank 3 milyard 573 milyon manat cəmi aktivlərə, o cümlədən 1 milyard 318 milyon manat kredit portfelinə malik olub. Bank ötən ilin sonunda 3 milyard 184 milyon manat cəmi aktivlərə, o cümlədən 1 milyard 244 milyon manat kredit portfelinə malik idi. 6 ay ərzində xalis kreditlər 1 milyard 88 milyon manatdan 1 milyard 114 milyon manata qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
- 44 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
-
2 saat əvvəl
Nərimanovda, metroya yaxın premium mənzillər faizsiz kredit imkanı ilə satışda
-
3 saat əvvəl
Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Fermerlər heyvanlarını daha çox sığortalayır: göstərici 2 dəfə yüksəlib
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Azərbaycan Rusiyaya nota verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
AccessBank tenderlər elan edib
Qlobal ərzaq qiymətləri 5 aydır fasiləsiz düşməkdə davam edir
Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Stellantis şirkətinin səhmləri yüksək məbləğdə zərər açıqlamasından sonra kəskin ucuzlaşıb
Bu bank nağd pul kreditləri üzrə faiz dərəcələrini aşağı saldı
İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib






















