Bank Respublika akkreditiv və zəmanətləri sərfəli şərtlərlə təklif edir
(®) Mövcud iqtisadi şəraitdə kommersiya risklərinin azaldılması və hesablaşmaların güvənliyi korporativ müştərilər üçün aktual mövzudur. Şirkətlər tərəfindən bu məhsula göstərilən maraq və bu sahədə aparılan əməliyyatların sabit artan dinamikası müasir hesablaşma formalarına keçid tendensiyasını təsdiqləyir.
Ötən ilin analoji dövrü ilə müqayisədə 2018-ci ilin 1-ci rübündə “Bank Respublika”nın sənədli əməliyyatlar üzrə portfeli 2 dəfə, əməliyyatların sayı isə 3 dəfə artmışdır.
Bank Respublika öz müştərilərinin xarici iqtisadi müqavilələrinə xidmət göstərmək sahəsində zəngin təcrübəyə malikdir. Azərbaycanın ən sabit banklarından biri kimi Bank Respublika nüfuzlu xarici partnyor-bankları ilə müştərək müştərilərə aşağıdakı sahələr üzrə sənədli əməliyyatlar üzrə əməkdaşlıq təklif edir:
-bank zəmanətlərinin bütün növləri
-sənədli akkreditivlər
-rezerv (stand-by) akkreditivləri
-sənədli inkasso
Beynəlxalq ticarətin Bank Respublikada maliyyələşdirilməsinin üstünlükləri:
-Bank Respublikanın partnyorları olan birinci dərəcəli xarici bankların təsdiqnaməsindən istifadə imkanı
-Ticarətin maliyyələşdirməsinin qiyməti orta hesabla ənənəvi kreditləşmədən çox ucuz başa gəlir.
-Çərçivə razılaşmasına əsasən bank zəmanətlərinin bir neçə dəfə verilməsi imkanı
-Əməkdaşlıq və xidmətin göstərilməsi üzrə şərtlər müəyyən edilən zaman individual yanaşma
-Ticarətin maliyyələşdirilməsi və əməliyyatların aparılması məsələləri üzrə müştərilərə pulsuz məlumat məsləhət dəstəyi verilir.
-Bank zəmanəti olduqda Müştəri (Alıcı) avans ödəmir, beləliklə də o, öz maliyyə vəsaitlərini daha effektiv istifadə edə bilər.
"Sənədli əməliyyatların aparılması üzrə illər ərzindəqurulmuş texnologiya Bank Respublika tərəfindən akkreditivləri ən qısa müddətdə açmaq imkanı verir. Ölkə üzrə xidmət göstərən geniş filial şəbəkəsi sayəsində isə hesablaşmaların bir çoxu vahid maliyyə strukturu daxilində həyata keçirilir. Bunun hesbına razılaşma üzrə ümumi xərclər azalır, əməliyyatlar isə daha oprativ yerinə yetirilir. Bir qayda olaraq, akkreditivi ilk dəfə tətbiq edən müştəri gələcəkdə də bu hesablaşma formasına üstünlük verir", - deyə bankın Korporativ Satışlar Departamentinin rəhbəri Sadiq İbadov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi saytı və facebook səhifəsindən əladə etmək olar.
Müştərilərin xəbərləri
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
-
26 d. əvvəl
“PAŞA Bank”ın səhmarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
30 d. əvvəl
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 39 d. əvvəl
- 43 d. əvvəl
-
59 d. əvvəl
9% gəlir təklif edən dollar istiqrazları üzrə hərrac keçiriləcək - TARİX AÇIQLANDI
- 1 saat əvvəl
-
1 saat əvvəl
EBRD ötən il Azərbaycandakı layihələrə 81 milyon avro ayırıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bitcoin-in qiyməti 60 min dollara düşüb - 2 trilyon dollar silinib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“PAŞA Bank”ın səhmarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Azercell-dən xüsusi “Samsung” kampaniyası!
EBRD ötən il Azərbaycandakı layihələrə 81 milyon avro ayırıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Bitcoin-in qiyməti 60 min dollara düşüb - 2 trilyon dollar silinib
Rəsmi məzənnələr açıqlandı
“Volvo” səhmlərində tarixinin ən sərt satışları baş verib
Yapı Kredi-nin mənfəəti 62 faiz artıb
Almaniyadan “Amazon”a 59 milyon avro cərimə
“İrana bombardmançı təyyarələrimizi göstərdik”



















