Fed/Harker: Mart yığıncağında faiz artırmaq masada olacaq
ABŞ Mərkəzi Bankı Fed-in Filadelfia şöbəsinin Sədri Patrick Harker,Fed-in Mart ayındakı yığıncağının, məşğulluq bazarındakı yaxşılaşmanın, iqtisadi artımın davam etməsi və maaşların artması vəziyyətində, faiz artırmaq üçün "canlı" bir variant olduğunu söyləyib.
“Marja” xəbər verir ki, bu il pul siyasəti yığıncaqlarında səsvermə hüququ olan Harker, mətbuat mənsublarına verdiyi açıqlamda, "Mart toplantısında faizi artırmaq masada olacaq. Əsla heç bir yığıncağı masadan qaldırmayacağam. Vəziyyət məlumatların necə çıxacağına bağlıdır" deyib.
Harker, "Keçən həftə çox yaxşı məşğulluq məlumatları gördük, ÜDM və ÜDM-in artması haqqında yaxşı xəbərlər davam edir və əmək bazarının güclənməkdə olduğuna bağlı işarələr var" şəklində fikir bildirib.
Harker, 14-15 Martda keçiriləcək Fed-in Federal Açıq Bazar Komitəsi (FOMC) yığıncağında ola biləcək bir faiz artırımını ictimaiyyətə açıq bir şəkildə söyləyən ikinci Fed səlahiyyətlisi oldu. San-Francisco Fed sədri John Williams, keçən həftə Bloomberg-ə verdiyi müsahibəsində, Mart yığıncağında faizin artırıla biləcəyini söyləmişdi. İnvestorlar Mart ayında faiz artırılmasına 25% ehtimal verirlər.
Fed keçən həftəki yığıncağında faizləri dəyişdirmədi, iş dünyası və istehlakçı etibarlarına dair göstəricilərin yaxşılaşdıdığına diqqət çəkdi. ABŞ səhmləri, Donald Trump-ın 8 Noyabrdakı seçki zəfərindən bu yana, yeni prezidentin vergi endirimləri, xərcləri artırması və tənzimləmələri azaldılması kimi iqtisadi artım mərkəzli siyasətlər aparacağı gözləntiləri ilə yüksəlib. Ancaq Trump rəhbərliyi hələ bu siyasətlər mövzusunda konkret bir plan ortaya qoymayıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır





















