BP: Gürcüstandakı obyektlər “Şahdəniz-2” üzrə ilk təbii qazı göndərməyə hazırdır
Gürcüstandakı birinci kompressor stansiyası əməliyyatlara hazırdır.
Bu barədə BP şirkəti məlumat yayıb. Bildirilir ki, Gürcüstandakı birinci kompressor stansiyası (Sahə 81) tam əməliyyatlara hazırdır: “BP-nin Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsinin Gürcüstandakı obyektləri 2018-ci ildə “Şahdəniz-2” üzrə ilk kommersiya qaz həcmlərini göndərməyə hazırdır”.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil ediləcək qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin Gürcüstan və Türkiyəyədək olan hissəsi bu il istismara veriləcək. Buraya genişləndirilən Cənubi Qafqaz Boru Kəməri, “Şahdəniz-2”dən hasil olunacaq ilk qaz həcmləri və Trans-Anadolu qaz boru kəmərinin (TANAP) istifadəyə verilməsi daxildir. “Şahdəniz” konsorsiumu ilk qaz satışını cari ildə Türkiyə və Gürcüstana həyata keçirəcək.
Azərbaycan təbii qazını Türkiyəyə və oradan da Avropaya nəql edəcək 1850 kilometr uzunluğundakı TANAP boru kəməri iyunun 12-də istismara veriləcək. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində bu həcm 6 milyard kubmetrə çatdırılacaq.
Uzunluğu 878 kilometr və ilkin ötürücülük gücü ildə 10 milyard kubmetr qaz olan “Trans-Adriatik” (TAP) boru kəməri isə Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP qaz boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 70 faizdən çoxu yekunlaşıb. Avropaya ilk Azərbaycan qazının verilməsi 2020-ci ilə planlaşdırılır. TAP boru kəməri də istifadəyə verildikdən sonra Avropa İttifaqı (Aİ) üçün prioritet enerji layihələrindən olan Cənub Qaz Dəhlizi tamamlanmış olacaq.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
3 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
3 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır



















