“Azərbaycanda energetika sektorunda islahatlar planlaşdırılır”
“Azərbaycan hökuməti ölkənin energetika sektorunda islahatlar həyata keçirməyi planlaşdırır”.
Bu barədə Avropa Enerji Cəmiyyətinin direktoru Yanez Kopaç Tbilisidə keçirilən Cənubi Qafqaz Enerji Sammitində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan hökumətinin qərarı digər faktorlarla yanaşı Gürcüstanın bu istiqamətdə əldə etdikləri nailiyyətlərlə də bağlıdır: “Azərbaycan Gürcüstanda baş verən proseslərlə çox maraqlanır”.
Y.Kopaç qeyd edib ki, Türkiyə energetika sahəsində genişmiqyaslı islahatlar həyata keçirib: “Türkiyə bu sahədə Gürcüstanla daha sıx münasibətlər qurmaq istəyir. Ermənistan, İran və Rusiyanın enerji sistemləri arasında əlaqələr haqqında da eyni fikirləri demək olar. Bütün bu məsələlər regional əməkdaşlıq üçün yeni ideyalar yaradır”.
Tədbirdə çıxış edən Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili deyib ki, enerji bazalarına investorların daha effektiv sərmayə yatırması üçün region ölkələrinin enerji qanunvericiliyi Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılmalıdır.
Nazir bildirib ki, regiondakı ölkələrin enerji bazarları böyük deyil və bu sahədə ölkələr arasında yaxşı əlaqələr olmalıdır: “Qonşu ölkələrdən asılı olaraq bizim qanunvericiliyin uyğunlaşdırılması ilə bağlı öhdəliyimiz var. Enerji cəmiyyətinin üzvü olaraq biz növbəti illərdə bazarın tam liberallaşdırılmasına gətirib çıxaracaq çox vacib islahatlar həyata keçirəcəyik”.
Qeyd edək ki, Cənubi Qafqaz Enerji Sammitində Azərbaycan, Ermənistandan olan nümayəndələrlə yanaşı beynəlxalq təşkilatlar, QHT və özəl sektor təmsilçiləri də iştirak edir. Tədbirdə Cənubi Qafqaz regionunda enerji infrastrukturunun və əlaqələrin inkişafı, enerji təhlükəsizliyinin gücləndirilməsi kimi məsələlər müzakirə olunur.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər




.jpg)
.jpg)









.jpg)






