Qadın Bankirlər Klubunun növbəti görüşü keçirilib - FOTO
19 may tarixində “Women Bankers Club”ub (Qadın Bankirlər Klubu) növbəti görüşü keçirilmişdir.
Görüşdə klub üzvlərinin bir çoxu, o cümlədən Bank sistemində qabaqcıl yerlər tutan qadın bankir üzvlər də iştirak edib.
Görüşün rəsmi açılışını “PAŞA Bank”ın Baş Risk İnzibatçısı, İdarə Heyətinin üzvü Xəyalə Nağıyeva və “Kapital Bank”ın İnsan Resursları Departamentinin Direktoru Fərqanə Məmmədova ediblər.
Xəyalə Nağıyeva, klubun fəaliyyətini yüksək qiymətləndirib. O, təşkilatçıların əməyinin danılmaz olduğundan və çox böyük və faydalı iş gördüklərini vurğulayıb.
Fərqanə Məmmədova xanım qadının bank sistemində və ümumilikdə cəmiyyətdə rolundan söz açıb. Heç bir çətinliyə baxmayaraq, qadının xoşbəxtliyi üçün çalışmalı olduğunu və xoşbəxt qadının işdə, ailədə və cəmiyyətdə daha faydalı olduğundan danışıb. Klubun hər iki xanım üzvləri sonda klubun fəaliyyətinə bol uğur arzuladılar.
Görüşün bu dəfəki qonağı isə Azərbaycan televiziyasının ulduzu, təkrarolunmaz teleaparıcı, bir çox tanınmış televiziya verilişlərinin müəllifi və prodüsseri Nərgiz Cəlilova idi. Nərgiz xanım, avtobioqrafiyasından danışıb, peşəkar aparıcı karyerasına başlama tarixindən, aşdığı çətinliklər, həyati prinsiplər, stil, sağlamlıq, qidalanma sirrləri ilə paylaşıb. Görüşün sonunda “ASAN Radio”nun direktoru, tanınmış teleaparıcı Emin Musəvi də iştirak edərək, klubun görüşünə xüsusi rəng qatıb.
“Women Bankers Club” mütəmadi olaraq bu növ görüşləri təşkil edəcək və formatın daha faydalı və maraqlı keçməsi üçün tədbirləri davam etdirəcəkdir. Bu barədə klubun facebook səhifəsindən məlumat almaq olar. Klubun tədbirləri haqqında facebook səhifəsində dərc olunur. Bundan başqa klubun facebook-da qapalı və yanlız qadın bankirlərin qoşula biləcəyi qrupu da mövcuddur. Bu qrupda, tədbir öncəsi müzakirələr, maraqlı paylaşımlar və yanlız klub üzvlərinə məxsusi kampaniyalar keçirilməsi nəzərdə tutulur. Hazırda qrupun 500-ə yaxın üzvü vardır.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















