Fermerlərdən girov kimi paytaxtda əmlak tələb edilməsinə də son qoyulacaq

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə fermer və kənd təsərrüfatı məhsulları istehsal edən sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində şəffaflığı təmin etmək məqsədilə bir sıra bank və bank olmayan təşkilatlarla niyət protokollarının imzalanma mərasimi keçirilib.
Mərasimdə bank və kredit təşkilatlarının nümayəndələri ilə yanaşı, Azərbaycan Hökuməti ilə kənd təsərrüfatı layihələrini həyata keçirən bir sıra nüfuzlu beynəlxalq təşkilatların – Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, BMT-nin Ərzaq və Kənd təsərrüfatı üzrə Təşkilatının (FAO-nun), Avropa Yenidənqurma və İnkişaf Bankının, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiyasiyasının təmsilçiləri də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov ölkə başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan söhbət açaraq kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qonaqların diqqətinə çatdırıb.
Dövlət Xidmətinin rəisi Mirzə Əliyev çıxışında aqrar sahənin inkişafı üçün ölkədə fermer və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasının vacibliyini bildirib. Onun sözlərinə görə, kreditlərin verilməsində şəffaflığı təmin etmək, aqrar sahə üçün kreditləri daha əlçatan etmək, eləcə də daha sağlam bank və kredit təşkilatlarını kənd təsərrüfatı kreditlərinin verilməsinə cəlb etmək üçün banklarla Dövlət Xidmətinin əməkdaşlığını yenidən nəzərdən keçirilib. İlin sonunadək Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti müvəkkil banklar vasitəsilə fermerlərə 10 milyon manatadək məbləğdə kredit verməyi planlaşdırır. “Kreditlər vətəndaşlara maksimum 7%-lə veriləcək. Bütün ölkəni əhatə edən iri bankların müvəkkil bank kimi seçilməsi fermerlərdən girov kimi paytaxtda daşınmaz əmlak tələb edilməsinə də son qoyacaq”, – deyə xidmət rəisi qeyd edib.
FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak Azərbaycanın kənd təsərrüfatı sektorunun son illərdə əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Bildirib ki, aqrar sahənin inkişafı ilə əlaqədar dövlət siyasətinin əsas istiqamətləri ərzaq məhsulları üzrə idxaldan asılılığı azaltmaq, ərzaq təhlükəsizliyini gücləndirmək və ixrac potensialını artırmaqla ölkəni əsas ixracatçı ölkələr sırasına gətirməkdir.
Dünya Bankının Azərbaycandakı ofisinin nümayəndəsi Rufiz Çıraqzadə bildirib ki, kənd təsərrüfatı sahəsi Dünya Bankı üçün həmişə prioritet sahələrdən biri olub. Bankın dəstəyi ilə Azərbaycanda keçirilən layihələr bu sektorun müxtəlif sahələrini əhatə edib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Qeyd edək ki, niyət protokolları Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Paşa Bank” ASC, “Kapital Bank” ASC, “Turanbank” ASC, “Rabitəbank” ASC, “Aqrarkredit” QSC BOKT, “Finoko” BOKT ASC, “Finans İnvest” BOKT ilə bağlanılıb.
Müştərilərin xəbərləri

“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 d. əvvəl
-
- 16 d. əvvəl
-
27 d. əvvəl
“PAŞA Bank” “SIBOS 2025” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir
- 44 d. əvvəl
- 49 d. əvvəl
- 52 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə "INMerge" İnvestisiya Forumu keçirilib
-
1 gün əvvəl
"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanda kredit kartlarının sayı isə 7% azalıb

Bank sektorunda son vəziyyət

OPEC+ neft hasilatını daha daartırmağa hazırlaşır

Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar

"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb
