“Güzəştli mənzillər” nümayiş olundu!
Güzəştli mənzillərin satışına hazırlıq işləri çərçivəsində, 4 may 2018-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin ərazisində Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun, agent bankların və qiymətləndirici şirkətlərin nümayəndələri ilə görüş təşkil olunmuşdur.
Agentlikdən "Marja"ya daxil olmuş məlumata görə, bu tədbirin əsas məqsədi Yasamal Yaşayış Kompleksində satışa çıxarılacaq mənzilləri ziyarətçilərə nümayiş etdirərək, istifadə olunan inşaat materialları və təmir növləri haqqında ətraflı məlumat verməkdir.
Agentliyin nümayəndəsi bildirdi ki, 2016-cı ilin dekabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə təməlqoyma mərasimi keçirilən Yasamal Yaşayış Kompleksinin tikinti işləri sürətlə davam etdirilir. 29 çoxmənzilli yaşayış binasından ibarət olan Kompleksin 21 binasında konstruksiya və hörgü işləri yekunlaşdırılıb, təmir işlərinə başlanılıb. llk mənzillərin vətəndaşlara təhvil verilməsi cari ilin yay aylarında planlaşdırılır.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Artıq Yasamal Yaşayış Kompleksinin ilk 4 binasında 260 mənzilin satışa çıxarılması ilə bağlı elan verilib. Bütün mənzillər tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif ediləcək. Mənzillərdə keyfiyyətinə görə tamamilə eyni, yalnız dizaynına görə fərqlənən iki növ təmir aparılır. Güzəştlə satılacaq bu mənzillər mətbəx mebeli ilə birlikdə təhvil veriləcək. Bununla yanaşı, bütün mənzillər kombi isitmə sistemi ilə, habelə su, qaz və işıq sayğacları ilə təmin edilir. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilir.
Daha sonra tədbirdə iştirak edən şəxslər belə görüşün keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirdilər və onlar üçün yaradılan şəraitə görə təşəkkürlərini bildirdilər. Mənzillərin təmirinin keyfiyyətlə aparıldığını qeyd edən nümayəndələr Yasamal Yaşayış Kompleksində gələcək sakinlərin rahat və sağlam yaşayışı üçün bütün zəruri şəraitin yaradıldığını vurğuladılar.
“Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlar Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasına daxil olan “Kapital Bank”, “Bank BTB”, “Unibank” və “Azər-Türk Bank”ın təqdim etdiyi güzəştli ipoteka kreditindən yararlana bilərlər.
Vətəndaşların rahatlığını təmin etmək məqsədilə, 6 aprel 2018-ci il tarixindən etibarən bu kredit təşkilatlarının müvafiq filiallarında güzəştli ipoteka kreditinin əldə edilməsi və “Elektron ipoteka” sistemində şəxsi kabinetin yaradılması ilə bağlı sualların cavablandırılması işinə başlanılmışdır. İşin səmərəli təşkili və vətəndaşların əlavə vaxt itkisinin qarşısını almaq üçün bankların filialları paytaxtın müxtəlif istiqamətlərində müəyyən edilmişdir.
Qeyd edək ki, 6 aprel tarixindən etibarən agent bankların filiallarında 2000-dən çox vətəndaşa xidmət göstərilərək güzəştli ipoteka kreditinin əldə edilməsi ilə bağlı onları maraqlandıran suallar cavablandırılmış və ətraflı məlumat verilmişdir.
Güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşlar bu siyahıda göstərilən ünvanlardan birinə yaxınlaşaraq və ya əlaqə nömrələrinə zəng edərək mövzu ilə bağlı suallara cavab tapa bilərlər.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
4 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
4 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
4 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
5 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
Ən çox oxunanlar
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib






















