Azərbaycanda yeni şəkər zavodu tikiləcək
Yaxın vaxtlarda Azərbaycanda yeni şəkər zavodunun tikintisinə başlanacaq.
Bu barədə ölkənin biznes sektorundan bildirilib. Məlumata görə, yeni fabrikin Yevlax rayonu ərazisində tikilməsi gözlənilir. Zavodun xammalla təmin edilməsi üçün Yevlax və Goranboy rayonları ərazisində bir neçə min hektarlıq şəkər çuğunduru əkini sahələrinin yaradılması da nəzərdə tutulur.
Yeni şəkər zavodu layihəsini "Azerbaijan Sugar Company" LLC və ya "Azərşəkər" şirkəti reallaşdırır. Artıq adı çəkilən şirkət bir neçə ay əvvəldən etibarən müvafiq vakansiyalar üzrə işçi toplamağa başlayıb.
Layihə müəllifləri hələlik hələlik şəkər zavodu ilə bağlı planlarını açıqlamağa tələsmirlər. Layihə ilə əlaqəli "PMD Qrup" şirkəti və "Azerbaijan Sugar Company"nin "Port Baku" biznes mərkəzində yerləşən ofisində layihənin reallaşacağı ilə bağlı dəqiq məlumat açıqlamayıblar. Qeyd edək ki, "PMD Qrup" şirkəti ölkənin ən byöük biznes strukturu sayılan "Paşa Holdinq"ə bağlıdır.
36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!
Xatırladaq ki, hazırda ölkədə şəkər istehsalı ilə məşğul olan yalnız bir müəssisə fəaliyyət göstərir. Bu "Azərsun Holdinq"in tərkibində olan və 2006-cı ildən fəaliyyətə başlayan İmişli Şəkər Zavodudur. Zavodun istehsal gücü ildə 1,8 milyon ton və ya 657 min ton xam şəkərdir. Amma son vaxtlar zavod öz istehsal gücündən təqribən ikiqat aşağı fəaliyət göstərir. Belə ki, 2016-cı ildə zavoda 420 min tona yaxın şəkər istehsal edildiyi halda 2017-ci ildə istehsal kəskin azalaraq 228 min tona düşüb. Bu əvvəlki ilə müqayisədə az qala iki dəfə artıqdır.
Paralel olaraq ölkəyə şəkər idxalı artmaqdadır. 2017-ci ildə Azərbaycana xaricdən 368,7 min ton şəkər gətirilib, bunun da ümumi məbləği 170 milyon dollara yaxındır. 2016-cı ildə də xaricdən ölkəyə şəkər idxalı təqribən 365 min ton və 152 milyon dollarlıq olub.
Başqa sözlə, son iki ildə ölkəyə şəkər idxalına təqribən 320 milyon dollar vəsait xərclənib. Bu məbləğ müəyyən mənada bazardakı boşluğun həcmini də göstərir.
BANK SƏYAHƏT KREDİTİ TƏKLİF EDİR
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 5 d. əvvəl
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
5 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
Ən çox oxunanlar
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir







.jpg)




.jpg)




