Standard & Poor’s PAŞA Bankın reytinqini yüksək səviyyədə təsdiq edib
Standard & Poor’s beynəlxalq reytinq agentliyi növbəti dəfə Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bankın reytinqini yüksək səviyyədə təsdiq edib.
Belə ki, emitentin defoltunun uzunmüddətli reytinqi (“EDR”) «ВВ-» səviyyəsində, qısamüddətli EDR isə “B” səviyyəsində təsdiq olunub. Bu reytinq Azərbaycanın 100% yerli kapitallı bütün özəl bankları arasında ən yüksək reytinqlərdən biridir.
PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, reytinqin növbəti dəfə təsdiq edilməsinin rəhni Bankın bazar mövqeyi və peşəkar kollektivinin gündəlik müntəzəm və diqqətli işi olmuşdur.
T.Kazımov yekunlaşdıraraq bildirmişdir ki: “Makroiqtisadi çağırışların güclənməsinə baxmayaraq, biz, regional maliyyə institutu kimi, müştərilərimizə peşəkar ekspertiza və fərdi xidmət təqdim etməklə, onları dəstəkləməyi davam etdirdik. Beləliklə də, PAŞA Bankın reytinqinin təsdiq edilməsi əməliyyat ölkələrində sabit maliyyə mövqeyimizin qorunub saxlanmasının, habelə müştərilərin biznes-tərəfdaş kimi bizə qarşı artan etimadının göstəricisidir”.
Qeyd edək ki, Standard & Poor’s öz hesabatında PAŞA Bankın Azərbaycanın bank sektoru üçün yüksək əhəmiyyət kəsb etdiyini qeyd edir və bankın biznes mövqeyinin qiymətləndirilməsində Bankın korporativ müştərilərə göstərilən xidmətlər seqmentində böyük bazar payını, həmçinin təcrübəli idarəetmə komandasına malik olduğunu nəzərə alır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















