Sabah Bakıda qar yağacaq, çovğun olacaq - HAVA PROQNOZU
Nazirlik təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib
Sabah Azərbaycanda müşahidə olunacaq hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, gün ərzində arabir yağış yağacağı gözlənilir. Axşam sulu qara, qara keçəcəyi, çovğun olacağı ehtimalı var.
Temperaturun anomal gedişi gözlənilir: gecə və səhər 5-7°, gündüz 1-4° isti, Bakıda gecə və səhər 5-7°, gündüz 1-4° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 756 mm civə sütünundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.
ETSN təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edir. Belə ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra dekabrın 14-15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişiləcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir intensivləşəcəyi, 14-də axşam, 15-də çovğun olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10° aşağı enəcək. Yolların buz bağlama ehtimalı var.
Tibbi-meteoroloji xəbərdarlığa görə, dekabrın 14-15-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda soyuq diskomfortlu və yağıntılı hava şəraiti meteohəssas insanlar üçün çox əlverişsizdir. Uzun müddət açıq havada qalmaq məsləhət deyil.
Sabah şimal və qərb rayonlarından başlayaraq arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə və gündüz 3-8° isti, dağlarda gecə və gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Nazirlik xəbərdarlıq edir ki, dekabrın 14-15-də ölkə ərazisində hava şəraitinin kəskin dəyişiləcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10° aşağı enəcək. Yollar buz bağlayacaq.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 5 d. əvvəl
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 18 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 21 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















