Özəl sektorun ixracı azalıb
Azərbaycanın özəl sektorunun ixracı azalıb.
“Marja” Dövlət Gömrük Komitəsinin hesabatlarına istinadən xəbər verir ki, özəl sektorun ixracı 2017-ci ilin 1-ci rübündə 409 milyon 600 min dollar ikən, 2018-ci ilin 1-ci rübündə 403 miyon 249 min dollar təşkil edib. Beləliklə, özəl sektorun ixracı 6 milyon 351 min dollar azalıb.
Dövlət sektorunun ixacı isə neftin qiymətinin yüksəlməsilə 2 milyard 163 milyon 497 min dollardan 2 milyard 941 milyon 873 min dollara qalxıb. Fiziki şəxlərin ixracı isə 33 milyon 207 min dollardan 9 milyon 910 min dollara geriləyib.
Özəl sektorun idxalı isə artıb. Özəl sektorun idxalı 2017-ci ilin 1-ci rübündə 1 milyard 278 milyon 998 min dollar ikən, 2018-ci ilin 1-ci rübündə 1 milyard 667 milyon 909 min dollar təşkil edib. Dövlət sektorunun idxalı 144 milyon 890 min dollardan 390 milyon 771 min dollara, fiziki şəxslərin idxalı isə 88 milyon 884 min dollardan 132 milyon 424 min dollar qalxıb.
Xarici iqtisadi fəaliyyət (XİF) iştirakçılarının sayı artıb. 2017-ci ilin 1-ci rübündə 5 518 şəxs xarici iqtisadi fəaliyyət iştirakçısı olduğu halda, 2018-ci ilin 1-ci rübündə bu say 7 389 şəxs təşkil edib. İştirakçıların sayı fiziki şəxslər üzrə 2 294-dən 3 561-ə, hüquqi şəxslər üzrə isə 3 224 şəxsdən 3 828 şəxsə yüksəlib. Hüquqi şəxslərin 138-i dövlət, 3 086-sı özəl sektordan olub.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 6 d. əvvəl
- 38 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı







.jpg)






.jpg)








