“Bunu yerli məhsul adlandırmaq mümkün deyil”
Azərbaycanda istehsal olunan bitki yağlarının xammalının 80 faizi xaricdən gətirilir. “Bunu yerli məhsul adlandırmaq mümkün deyil”.
“Marja” xəbər verir ki, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlətimizin başçısı bildirib:
-Ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər daim diqqət mərkəzindədir. Mən bəzi rəqəmləri səsləndirmək istəyirəm. Bu rəqəmlər həm görülən işləri əks etdirir, həm də onların görüləcək işlərlə bağlı əhəmiyyəti var. Beləliklə, bizim əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsini göstərən bəzi rəqəmlər aşağıdakı kimidir: mal əti – özümüzü 94 faiz təmin edirik, 5 faiz xarici komponent mövcuddur. Qoyun əti – 99 faiz və cəmi 2 faiz xarici komponent. Süd və süd məhsulları – özümüzü 88 faiz təmin edirik, bunun tərkibində 10 faiz idxal xammal vardır. Əmtəəlik yumurta – 99 faiz. Burada isə xarici komponent 65 faizdir, bunlar dənlik qarğıdalı, soya, günəbaxan və dərmandır. Bax, bu sahəyə həm dövlət qurumları, həm özəl sektor fikir verməlidir ki, burada xarici komponenti azaltmaq üçün hansı işlər görülməlidir.
Bitki yağları – özümüzü 48 faiz təmin edirik. Ancaq bu 48 faizin 80 faizi xaricdən gələn xammaldır. Yəni, əslində, bitki yağları və marqarinin istehsalı sadəcə olaraq iş yerlərinin yaradılmasına xidmət edir. Bunun faydası bundadır. Əgər bunun tərkibində 80 faiz xarici komponent varsa, bunu yerli məhsul adlandırmaq mümkün deyil. Ona görə çalışmalıyıq və o cümlədən biznes qurumları çalışmalıdırlar ki, həm bitki yağlarının istehsalının həcmi artsın, eyni zamanda, bu, daxili xammal əsasında istehsal edilsin.
Kərə yağı – 76 faiz özümüzü təminetmə əmsalıdır. Bunun içində 10 faiz xarici komponent var, bu da qablaşdırma ilə bağlıdır. Əfsuslar olsun ki, biz bu sahədə də hələ idxaldan asılıyıq. Qablaşdırma o qədər də böyük məsələ deyil ki, biz bunu həll edə bilməyək. Xüsusilə nəzərə alsaq ki, bizdə bazarın həcmi və əhali artır indi istənilən tara və qablaşdırma Azərbaycanda təşkil edilməlidir. Bunu həm Sahibkarlığa Kömək Milli Fondu, eyni zamanda, sahibkarlar özləri də nəzərə alsınlar.
Buğda – özümüzü 53 faiz təmin edirik, 20 faiz xarici komponentdir. Bu, azdır. Əminəm ki, yeni iri fermer təsərrüfatlarının fəaliyyəti nəticəsində biz özümüzü buğda ilə daha da böyük səviyyədə təmin edə bilərik. Arpa – 102 faiz, qarğıdalı – 71 faiz, soya – cəmi 4 faiz. Özümüzü meyvə və giləmeyvə ilə 122 faiz təmin edirik. Ancaq burada siyahı var, yəqin ki, konfransın ikinci hissəsində bu məsələ daha da detallı müzakirə ediləcək. Mən bütün bu meyvə növlərini sadalamaq istəmirəm. Lakin elə növlər var ki, biz özümüzü təmin edə bilmirik. Bu da təəssüf doğurur. Ancaq bütövlükdə meyvə, giləmeyvə bizim vacib ixrac məhsulumuzdur.
Bütün növ tərəvəz – burada da ümumi rəqəm 96 faizdir. Hesab edirəm ki, bu, azdır. Ancaq, misal üçün, kartof 86 faiz, bir qədər aşağı düşüb, pomidor 120 faiz, xiyar 105 faiz. Çay – özümüzü 45 faiz təmin edirik, onun içində də 50 faiz xarici komponent var. Duz ilə isə özümüzü 100 faiz təmin edirik və xarici komponent ancaq 5 faizdir. Bu, çox yaxşı göstəricidir. Bir neçə il bundan əvvəl biz demək olar ki, duzun hamısını idxal edirdik.
Şəkər və şəkərdən hazırlanan məhsullar – özümüzü təminetmə əmsalı 115 faizdir. Ancaq bunun tərkibində 73 faiz xarici xammal var. Artıq göstəriş verilib, xarici xammalın həcminin aşağı salınması üçün yeni proqram hazırlanıbdır. Mən bu barədə deyəcəyəm. Şəkər çuğundurunun əkilməsi, becərilməsi və şəkərin şəkər çuğundurundan istehsalı proqramı hazırdır.
Makaron məmulatları – özümüzü cəmi 38 faiz təmin edirik, bunun içində də 95 faiz xarici xammal var. Bal – 97 faiz.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 saat əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AZAL 2 milyard 29 milyon manat qazanıb, 1 milyard 812 milyon manatını xərcləyib
-
3 saat əvvəl
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
-
4 saat əvvəl
"Avant Group" MMC ləğv edilir - "Avant Group" MTK fəaliyyətini davam etdirir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb























