“Ofisait” və OYAL-ın sponsorluğu ilə müsabiqənin 8-ci mərhələsi başa çatıb
Gənc istedadların sevimlisi-“Mənim Azərbaycanım”
“Məktəbli arzuları” devizi ilə 23 ildir məktəbliləri ekoloji sağlam dəftəraxana ləvazimatları ilə təmin edən OYAL daim müxtəlif sosial, maarifləndirici layihələr həyata keçirir.
Şirkətin mətbuat xidmətindən Marja.az-a verilən məlumata əsasən “Ofisait” mağazalar şəbəkəsinin təşkilati dəstəyi və OYAL məktəbli ləvazimatlarının sponsorluğu ilə həyata keçirilən “Mənim Azərbaycanım” rəsm müsabiqənin 8-ci mərhələsi artıq başa çatıb.
Qeyd edək ki, layihə xalq rəssamı, professor Arif Hüseynovun iştirakı ilə həyata keçirilir. Görkəmli rəssam hər bir uşaqla individual sorğu keçirir, mövzuya aid çəkdiyi rəsm əsərinin daha uğurlu alınması üçün lazımi istiqamətlər verir. Həmçinin iştirakçılar rəssamının xalq nağılları əsasında yağlı boya ilə çəkdiyi əsərləri haqda suallar verib, cavabları maraqla dinləyiblər.
Tədbirin sonunda hər bir iştirakçıya sertifikat və OYAL-dan müxtəlif həvəsləndirici hədiyyələr təqdim olunub.
Layihə zamanı çəkilən bütün əsərlər 6 ay ərzində təşkilatçıda toplanacaq və Azərbaycan Rəssamlar İttifaqı tərəfindən təşkil olunan komissiya tərəfindən qiymətləndirilmə həyata keçiriləcəkdir. 15 iyun 2018-ci il tarixində qaliblərin adı açıqlanacağı nəzərdə tutulur. Müsabiqənin bütün iştirakçıları OYAL tərəfindən sertifikat və müxtəlif qiymətli hədiyyələr əldə edəcək, ilk 3 yerin qalibi isə “Ofisait” mağazalar şəbəkəsindən 300, 200, 100 AZN məbləğində hədiyyə kuponu və xüsusi mükafatla təltif olunacaq.
“Mənim Azərbaycanım” rəsm müsabiqəsinin 6-cı mərhələsi 17 aprel 2018-ci il, saat 15:00-da Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, A.M. Şərifzadə küçəsi 148 ünvanında (İnşaatçılar metrosu) yerləşən “Ofisait” mağazasında keçiriləcəkdir. Növbəti müsaiqədə iştirak etmək üçün OYAL və Ofisait-in Facebook və İnstagram səhifələrindən online qeydiyyatdan keçmək zəruridir.
Ekoloji sağlam OYAL məktəbli ləvazimatlarını Bakı və bölgələrdə 30-a yaxın filialı olan “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından əldə etmək mümkündür. Həmçinin ölkənin ən böyük online satış portallarından biri olan www.ofisait.com vasitəsilə də Siz mənzil və ofislərinizdə internet vasitəsilə istənilən məhsulu sifariş verə bilərsiniz. “Ofisait”in gülərüz və dinamik komandası Sizin sifarişinizi operativ olaraq qeyd etdiyiniz ünvana təslim edir. Ödənişlərin nəğd və online həyata keçirilməsi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
13 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 34 d. əvvəl
-
38 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
52 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı





















