“Azərpambıq” Türkiyə və Rusiyaya iplik satacaq
Ölkədə pambıqçılığın inkişafını təmin etmək məqsədilə 2017-ci il mövsümündə “Azərpambıq” Məhdud Məsuliyyətli Cəmiyyəti respublikanın 14 rayonunda 2523 fermerlə bağlanmış müqavilələr üzrə 28,6 min hektarda pambıq əkmişdi. 2017-ci ildə kondisiya şəklində çəkidə 51,2 min ton xam pambıq tədarük edilib ki, bu da əvvəlki ilə nisbətən 1,8 dəfə çoxdur.
“Marja” xəbər verir ki, bunu “Azərpambıq” MMC-nin baş direktor əvəzi Zakir Əzimov bildirib.
Baş direktorun sözlərinə görə, tədarük edilmiş xam pambığın emalından 19 min ton mahlıc, 23 min ton çiyid, 240 ton lint, 150 ton ulyuk və 512 ton tiftik məhsullarının alınması gözlənilir.
Bundan əlavə, emala veriləcək 5800 ton texniki çiyiddən 580 ton pambıq yağı, 4700 ton çiyid cecəsi və 330 ton soapstok da alınacaqdır.
Emaldan alınan məhsullar əsasən Türkiyə, İran, Tacikistan və Gürcüstana satılacaqdır.
“Bu ilin pambıq əkini ilə əlaqədar 4136 fermerlə müqavilə bağlanıb və cəmiyyətimizə məxsus torpaqlarla birlikdə 30 min hektardan artıq sahə pambıq əkini üçün hazırdır və bu iş davam edir.
Hər hektardan pambığın məhsuldarlığının ötənilki 17,8 sentnerdən bu il 20 sentnerə çatdırmaq nəzərdə tutulur. Hazırda əsas diqqət pambıqçılığın intensiv yollarla inkişaf etdirilməsinə yönəldilib”,- o deyib.
əvəzi Zakir Əzimov əlavə edib ki, səpin kampaniyasını uğurla həyata keçirmək üçün fermerlərin toxumluq çiyidə olan tələbatının ödənilməsi, eyni zamanda, mineral gübrələrlə və zərərvericilərə qarşı mübarizə vasitələri ilə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.
Onun sözlərinə görə, bir ton xam pambığa görə istehsalçılara 100 manat subsidiya verilməsi, mineral gübrələrin satışında güzəştin ümumi məbləğinin yuxarı həddinin 50 faiz, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddinin isə 5 dəfə artırılmasının pambıqçılığın inkişafında müstəsna əhəmiyyəti olub.
Eyni zamanda, bu ildən pambığın satınalma qiymətinin də hər tona 100 manat artırılaraq 600 manat həcmində müəyyənləşməsi fermerlərdə bu sahəyə daha böyük maraq oyadıb.
Hazırda cəmiyyətin mülkiyyətində 1701 ədəd müxtəlif kənd təsərrüfatı texnikası vardır: “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2016-cı ildə 311 ədəd, 2017-ci ildə 519 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası alınıb, 2018-ci ildə isə 488 texnika sifariş verilib.
Bu il artıq həmin texnikalardan 126-sı alınıb və qalanlarının da pambığın becərilmə və yığılması vaxtına uyğun olaraq alınması təmin ediləcəkdir”.
“Bir vacib məsələni də diqqətinizə çatdırmaq istərdim. 2018-2022-ci illəri əhatə edən strateji dövrdə yaradılmış potensial imkanlar sayəsində əsas diqqət pambıqçılıqda dəyər zəncirinin dərinləşdirilməsinə yönəldiləcəkdir. Cəmiyyət bu işi “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin tərkibində olan toxuculuq müəssisələri ilə tərəfdaşlıq əsasında həyata keçirəcəkdir. Artıq bu sahədə Sumqayıtdakı “ASK Tekstil” və “Şəki İpək” müəssisələri ilə real işə başlanılıb. Emaldan alınan mahlıcın 2600 tonu “ASK Tekstil” və 1209 tonu isə “Şəki İpək” Açıq Səhmdar cəmiyyətlərinə veriləcəkdir ki, bu da həmin müəssisələrə verilən mahlıcdan iplik istehsal edilərək, daha uyğun qiymətə Türkiyə Respublikasına və Rusiya Federasiyasına satılacaqdır. Bu da öz növbəsində, həmin müəssisələrdə yeni iş yerlərinin açılması deməkdir.
Beləliklə, qarşıdakı illərdə biz həm yerli və həm də xarici bazarlarda tək mahlıc və pambıq yağı deyil, iplik, parça və toxuculuq məhsulları ilə brendləşəcək, beynəlxalq əmtəə və maliyyə bazarlarına çıxacağıq.
Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Pambığın istehsalında və tədarükündə istifadə olunan avadanlıqlar xarici ölkələrdən alınır. Lakin biz artıq yerli şirkətlərlə əməkdaşlıq etməklə onların istehsal etdiyi bəzi avadanlıqları alıb istifadəyə etməyə başlamışıq. Bu da öz növbəsində, yerli istehsalın inkişaf etdirilməsinə imkan verəcəkdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
29 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 40 d. əvvəl
-
40 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 56 d. əvvəl
- 56 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN















.jpg)




