Azərbaycan və Tacikistan şirkətləri iri satış müqaviləsi imzaladı
“Sumqayıt Texnologiyalar Parkı” MMC ilə Tacikistanın “Tacikgidroelektromontaj” ASC arasında iri həcmli kabel satışı ilə bağlı müqavilə imzalanıb.
İlkin razılaşmanın şərtlərinə əsasən texnoparkın tərkibinə daxil olan regionun ən iri və yüksək texnologiyaya malik Kabel zavodu cari ilin iyun ayına qədər sifarişçiyə Tacikistan Respublikasında həyata keçiriləcək “Ravşan yarımstansiyasının inşaası və yenidənqurulması” layihəsində istifadə üçün alçaq, orta və yüksək gərginlikli güc kabelləri ixrac edəcək.
İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Ravşan yarımstansiyasının inşaası və yenidənqurulması” layihəsində iştirak etmək üçün müəssisə ilə qarşı tərəf arasında danışıqlar ötən ildən başlayıb. Rusiya və Türkiyə şirkətləri ilə rəqabət aparan STP, məhsullarının keyfiyyəti, qiymətlərinin münasibliyi ilə onları geridə qoyub və sifarişçiylə iki illik tərəfaşlıq müqaviləsi imzalanıb.
Yenidən qurulacaq yarımstansiya tam olaraq STP-nin Kabel zavodunun məhsulları ilə təmin ediləcək. Mart ayında sifarişin ilk partiyası qarşı tərəfə çatdırılacaq.
Qeyd edək ki, STP-nin Kabel zavodunda 28 000 çeşiddə 500 kV-a qədər orta, yüksək, və ifrat yüksək gərginlikli güc naqilləri, stasionar və qeyri-stasionar qoyuluşlu, idarəetmə, XLPE, koaksial, gəmi, neft quyularında tətbiq olunan zirehli, müxtəlif növlü optik telefon, LAN, yüksək temperatura davamlı, qalayla örtülü damarlı torpaqlama kabellər istehsal olunur və müştərilərə təklif edilir. Zavodun yüksək texnologiyalar əsasında istehsal etdiyi məhsullar rəqabətqabiliyyətli olub, həm yerli, həm də xarici bazarlarda geniş yayılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
9 d. əvvəl
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunu
-
16 d. əvvəl
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
- 32 d. əvvəl
- 35 d. əvvəl
- 41 d. əvvəl
-
47 d. əvvəl
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"FNC BOKT" da 15 faizlə borc alır
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
Neftin qiyməti son 4 ayın ən yüksək səviyyəsinə çatdı
Ən çox oxunanlar
Daha bir BOKT 15 faizlə borca pul istəyir - ŞƏRTLƏR
"FINCA Azerbaijan" illik 9 faizlə 1 milyon dollar borc aldı
Qızılın qiymətində yeni rekord
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
“CatMod Azərbaycan” seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib
Nəhəng neft şirkəti olan Lukoil ABŞ şirkətinə satılır




















