"100 arı ailəsi varsa, 1000 manat subsidiya alacaq"
Hər arı ailəsinə görə arıçılara 10 manat subsidiya veriləcəyi xəbəri arıçılar tərəfindən razılıq hissi ilə qarşılanıb.
Azərbaycan Arıçılar Assosiasiyası Zaqatala rayon şöbəsinin rəhbəri, peşəkar arıçı Mövlüddin Qurbanəliyev müsahibəsində deyib:
“Uzun illərin arıçısı kimi deyə bilərəm ki, subsidiyalar arıçılığın inkişafına böyük dəstək olacaq. Məsələn, əgər bir təsərrüfatda 100 arı ailəsi varsa, deməli ona veriləcək subsidiyanın məbləği 1000 manat təşkil edəcək. Bu vəsait həmin təsərrüfatdakı arı ailələrinin mövsümlə əlaqədar digər ərazilərə köçürülməsi, həmçinin arıların müalicəsi üçün zəruri dərman vasitələrinin alınmasına tam yetərlidir”.
Assosiasiyanın rayon şöbəsinin rəhbəri bildirib ki, 2017-ci ildə aparılan son statistikaya görə, rayonda 570 arıçı və onlara məxsus təsərrüfatlarda 17 mindən çox arı ailəsi var. Subsidiyaların verilməsi ilə əlaqədar hazırda şöbə tərəfindən arıçılıq təsərrüfatlarının və arı ailələrinin yenidən qeydiyyata alınması prosesinə başlanılıb. Bu məlumatlar daha sonra Kənd Təsərrüfatı Nazirliyinə göndəriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























