"Vəziyyətinin sabitləşdirilməsinin yolu islahatlardan keçir"
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon Gəncədə səfərdə olub. O, Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən Azərbaycanın Dünya Bankında üzvlüyünün 25 illiyi və ölkənin kənd təsərrüfatının inkişafı sahəsində fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. Tədbirdən sonra isə M.Tembon müsahibə verib.
- Səfərinizin ilk günü Azərbaycan prezidenti və hökumətin iqtisadi blokuna daxil olan rəsmilərlə görüşdünüz. Əsas müzakirə olunan məsələlər nələr olub?
- Hazırda biz Azərbaycanla əməkdaşlıq strategiyamızın aralıq icmalını həyata keçiririk. Görüşdə məqsədimiz Azərbaycanla tərəfdaşlıq proqramlarımızın əsas məsələlərini müzakirə etmək idi. Cənab Prezidentlə görüşən zaman, ötən 2 il ərzində görülmüş işlərin nəticələri ilə bağlı məlumat verdik və eyni zamanda növbəti 2 il üçün mümkün ola biləcək əməkdaşlıq barədə də danışdıq.
- Sizcə Azərbaycan hökumətinin milli valyutanın (manatın) məzənnəsinin sabitləşdirilməsi və bank sektorunun stabilləşməsi üçün daha hansı addımlar atılmalıdır?
- Azərbaycanın makroiqtisadi vəziyyətinin sabitləşdirilməsinin yolu islahatlardan keçir. Son 2 il ərzində Azərbaycan hökuməti bir çox makroiqtisadi və digər istiqamətlərdə islahatlar həyata keçirib və bilirik ki, bunun əsasasında dayanan səbəb ölkənin xarici şoklara qarşı həssaslığı olub. Bir daha bildirmək istəyirəm ki, istənilən sabitəşdirmə tədbirləri üçün islahatlararın görülməsi zəruridir.
- Dünya Bankı “Cənub Qaz Dəhlizi” layihəsi üçün əlavə vəsait ayırmağı planlaşdırırmı?
- Bizim münasibətlərimiz səmimi və əsl tərəfdaşlığa əsaslanır və bu tərəfdaşlıq isə onu nəzərdə tutur ki, hər iki tərəf müzakirələrin gedişində öz fikirlərini, mövqelərini bir-birləri ilə bölüşür. Hazırda mən bunun, yəni belə bir müraciətin olub-olmaması haqqinda fikir bildirə bilməyəcəyəm.
- Bu il daha hansı sahələrə kredit ayırmaq fikriniz var?
- Qeyd etdiyim kimi biz bir neçə istiqamət üzrə çalışırıq və bizim bu fəaliyyətimizin əsas istiqamətləri bir neçə prinsiplərə əsaslanır. Bunlardan birincisi makroiqtisadi sabitliyin təmin edilməsi, digər istiqamətimiz isə insanların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş və dayanıqlı, inklüziv inkişafına nail olunmasıdır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
29 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
43 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib



















