"Bank Silk Vey" ardıcıl 3 ildir eyni məbləğdə mənfəət əldə edir
"Bank Silk Vey" ASC 2017-ci ili 1 milyon 600 min manat xalis mənfəətlə başa vurub.
"Marja" Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il Bankın cəmi gəlirləri 46 milyon 416 min manat, o cümlədən faiz gəlirləri 27 milyon 804 min manat, qeyri-faiz gəlirləri 18 milyon 612 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra bankın 9 milyon 355 min manat əməliyyat mənfəəti qalıb. "Bank Silk Vey" əməliyyat mənfəətinin 7 milyon 214 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb və 540.45 min manat mənfəət vergisi ödəyib. Nəticədə Bank ötən il 1 milyon 600 min manat xalis mənfəət təmin edib.
“Bank Silk Vey” 2016-cı ili 1 milyon 546 min manat, 2015-ci ili isə 1 milyon 530 min manat xalis mənfəət ilə başa vurmuşdu. Bank 3 ildir ardıcıl təxminən eyni məbləğdə xalis mənfəət əldə edir.
29 Dekabr 2017-ci il tarixində "Bank Silk Vey" ASC 480 milyon 382 min manat cəmi aktivlərə, 356 milyon 90 min manat cəmi öhdəliklərə və 124 milyon 292 min manat cəmi balans kapitalına malik olub.
29 Dekabr 2016-cı il tarixində "Bank Silk Vey" ASC 403 milyon 993 min manat cəmi aktivlərə, 287 milyon 531 min manat cəmi öhdəliklərə və 116 milyon 461 min manat cəmi balans kapitalına malik idi.
Ötən ilin sonunda “Bank Silk Vey” 116 milyon 248 min manat məcmu kapitala malik olub.
Bankın kredit portfeli 2016-cı ilin sonundakı 388 milyon 332 min manatdan 424 milyon 28 min manata qalxıb. Xalis kreditlər isə 372 milyon 370 min manatdan 408 milyon 214 min manata yüksəlib.
Ötən il "Bank Silk Vey"in depozit portfeli 170 milyon 44 min manatdan 241 milyon 812 min manata qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
3 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
3 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Ən çox oxunanlar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"







.jpg)






.jpg)







