Gənclərə debet kartları pulsuz veriləcək - KAMPANİYA
Unibank 2 Fevral Gənclər günü ilə əlaqədar xüsusi kampaniya keçirir.
Bankın yaydığı məlumata görə, Yanvarın 29-dan fevralın 4-dək Unibanka müraciət edən gənclərə debet kartları pulsuz veriləcək.
18-25 yaş arası gənclər ilkin 20 AZN/USD/EUR vəsait mədaxil etməklə Unibank plastik kartlarına sahib ola biləcəklər. Kartı şəxsiyyət vəsiqənizi təqdim etməklə sizə yaxın Unibank filialından və yaxud onlayn (http://go.unibank.az/2Azdz07) sifariş edə bilərsiniz.
Unibank kartına sahib olmağın üstünlükləri:
- Dünyanın istənilən yerində istifadə imkanı;
- 30%-dək CASHBACK;
- 500-dən artıq partnyor mağazada endirim və hədiyyəli alış-verişlərdən faydalanmaq imkanı.
Müştərilərin tələbatını nəzərə alaraq, Unibank filialları şənbə günləri də əhaliyə xidmət göstərir. Unibank-ın xidmət və məhsullarından istifadə etmək istəyənlər, həftə sonu bank filiallarına müraciət edə bilərlər. Bankın paytaxt və Abşeronda “Əcəmi”, “Neftçilər”, 15 saylı, “Sumqayıt”, “Nərimanov”, “Bakıxanov”, “Xırdalan”, “İnşaatçılar”, “Mərdəkan”, 14 saylı (Beş mərtəbə), “Əhmədli” filialları, regionlarda isə “Bərdə”, “Gəncə”, “Kəpəz”, “Mingəçevir”, “Tovuz”, “Quba” və “Şəmkir” filialları şənbə günləri saat 10.00-dan 14.00-dək müştərilərin xidmətindədir. Şənbə rejimində işləyən filiallar müştərilərə kredit, depozit, sürətli pul köçürmələri, kassa əməliyyatları və digər bank xidmətləri göstərir. Bankın bütün filialları isə həftənin 5 günü saat 09.00-dan 17.00-dək fəaliyyətdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 22 d. əvvəl
- 24 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
-
1 saat əvvəl
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
-
1 saat əvvəl
Neftçalada Xəzər dənizinə 400 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb
-
1 saat əvvəl
Avropa İttifaqında 150 avroyadək dəyəri olan bağlamalar üçün gömrük rüsumları qüvvəyə minib
-
1 saat əvvəl
Rusiyada miqrantların evlərinə göndərdiyi puldan 3 faiz vergi tutula bilər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
Ən çox oxunanlar
Avropa İttifaqında 150 avroyadək dəyəri olan bağlamalar üçün gömrük rüsumları qüvvəyə minib
Azərbaycanda son altı ildə dövlət satınalmalarının dəyəri 10,8 milyard manata yüksəlib
Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
"AccessBank" Oracle Software Update 2026 üzrə tender elan edir























