Qayğıkeş anadan növbəti məsləhət: Gözlərini qoru
Kompüter arxasında çox oturanlar yəqin ki, artıq AccessBank-ın Qayğıkeş Anasının “A bala, min dəfə demişəm, kompüterə az bax. Gözlərin xarab olacaq!” məsləhətinə rast gəliblər. Hər kəsin qeydinə qalan Qayğıkeş ana bu dəfə bizi gözlərimizi qorumağa çağırır. Axı biz hər gün kompüterin və digər cihazların qarşısında saatlarla vaxt keçiririk - əvvəlcə işdə ekrandakı rəqəm və hərflərə gərgin baxaraq, sonra isə evdə- kimsə sosial şəbəkədə oturur, kimsə onlayn-mağazalara baxır, kimsə sadəcə olaraq, oyun arxasında rahatlamaq istəyir. Və günlərin birində artıq hiss edirik ki, gözlərimiz ağrıyır.
Bu yaxınlarda hələ ağrımırdı – indi isə ağrıyır. Görmə qabiliyyətimizin itiliyi də zəifləyib. Başımız da daha tez-tez ağrımağa başlayıb...Demək, adət etdiyimiz və hətta bizi rahatlatan məşğuliyyət o qədər də zərərsiz deyil. Əslində isə, kompüterin bunda heç bir günahı yoxdur. Sadəcə,özümüz monitorla işləyən zaman adi qaydalara riayət etmirik! Gəlin, Qayğıkeş ana iləbərabər bu qaydalara nəzər salaq.
Əvvəlcə monitorun parlaqlığını və kontrastlığını elə tənzimlə ki, gözlərinçox qıcıqlanmasın. Keyfiyyətli monitor istifadə et, çünkigörmə qabiliyyəti birbaşa onun keyfiyyətindən asılıdır. Yeri gəlmişkən, gözlər köhnə monitordan da ağrıyır. Bəlkə, artıq yenisini almağın vaxtı gəlib?
-Şriftin ölçüsünə diqqət yetir – ölçü elə olmalıdır ki, mətnə gərgin baxmaq lazım olmasın. Mətn rahat və sərbəst oxunmalıdır, ancaq bu, kontrastlığın hesabına olmamalıdır.
-Ay bala, sənə nəqədər deyim ki, monitora çox yaxınlaşmayasan? Səninlə monitor arasındakı məsafə bir metrə yaxın olmalı, daha dəqiqi 70 sm-dənaz olmamalıdır. Həmçinin o, sənin gözlərinin səviyyəsindən aşağıda yerləşməlidir.
-Kompüter arxasında işləyərkən gözlərini daha gec-gec qırpırsan, bu da göz səthinin qurumasına səbəb olur.Bu an elə hiss yaranır, sanki gözlərin qumla doludur, onlar ağrıyır və döyünür. Gözlərin normal nəmliyini bərpa etmək üçünonları tez-tez qırpmağı unutma, həmçinin təbii göz yaşı tərkibli xüsusi damcılardan istifadə et.
-Sənin görmə qabiliyyətin ona görə zəifləyir ki, monitordakı təsvir adi obyektlərdən fərqli olaraq, daha çox işıqlanır. Daimi gərginliyin ikinci səbəbi isə baxışın uzun müddət ərzində eyni vəziyyətdə fiksasiyasıdır. Bəzi əzələlər hədsiz çox gərilir, digərləri isə tamamilə tonuslarını itirirlər. Ona görə də, hər yarım saatdan bir diqqətini yayındır və uzaqlara bax –belə adi gimnastika görmə qabiliyyətini qorumağa kömək edəcək.
-Əgər sənin gözlərin kompüterə görə daima ağrıyırsa, həkimə get. Bəlkə, sənə kompüter filtrli eynək lazımdır. Onlar çox rahatdır və dəfələrlə, həm də yalnız işdə kompüter arxasında deyil, evdə televizora baxdığın zaman dagözlərin yüklənməsini azaldırlar.
-Vaxtaşırı gözlərinə tam istirahət ver: kompüteri bazar günləri qoşma, işdən gələndə isə özünə başqa əyləncə tap.
Bütün məsləhətlərlə daha yaxından tanış olmaq istəyirsinizsə, Qayğıkeş Ana saytına daxil olun və həyatınızı yaxşılığa doğru dəyişin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
20 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 20 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
22 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
23 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















