“Baktelecom” mənzillərdə yeni texnologiya quraşdırır
“Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi və xidmət çeşidinin genişləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirir. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaydığı məlumatda deyilir.
Qeyd olunur ki, “Baktelecom” tərəfindən son nəsil simsiz rabitə (LTE) texnologiyasının tətbiqi zəif infrastrukturlu ərazilərdə telekommunikasiya xidmətlərinin təmin edilməsinə imkan yaradır. Belə ki, 100 mb/s məlumat ötürmə sürətinə malik olan LTE ən perspektivli simsiz texnologiyalardan biri hesab olunur. Artıq Bakının 2 ərazisində bu texnologiya pilot layihə şəklində uğurla həyata keçirilir. Paytaxt ətrafı kənd və yaşayış massivlərində də yeni stansiyalar qurulur. Beləliklə, cari ilin mart ayından rabitə infrastrukturunun məhdud olduğu ərazilərin sakinləri internet və digər rabitə xidmətləri ilə təmin olunacaqlar.
Digər layihə istifadəçiləri yüksəksürətli internetlə təmin etmək imkanı yaradan GPON texnologiyasının tətbiqidir. “Baktelecom” genişzolaqlı şəbəkənin əhatə dairəsini genişləndirmək məqsədilə bu texnologiya ilə 30 minə yaxın mənzildə müvafiq infrastruktur yaradıb, 5000-ə yaxın mənzil isə GPON texnologiyası əsasında rabitə xidmətləri ilə təmin olunub.
Müasir texnologiyaların tətbiqi istiqamətində görülən işlər əhaliyə fasiləsiz və dayanıqlı telekommunikasiya xidmətlərinin göstərilməsini mümkün edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
36 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
52 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
56 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























