Dolların ucuzlaşması Tramp üçün müsbətdir
Ağ Evin Mətbuat sözçüsü Sarah Sanders, Ağ Evin gündəlik mətbuat brifinqində dolların dəyərinə dair açıqlama verib.
"Marja" xəbər verir ki, bir mətbuat nümayəndəsinin "Ağ Ev dolların güclü, yoxsa zəif olmasını üstünlük verir?" sualına, Trampın sərbəst məzənnə rejiminə inandığını bildirən Sanders, "Hazırda dollar, ABŞ iqtisadiyyatının yaxşı getməsinə görə olduqca sabitdir" deyib.
"Zəif dollar yaxşı xəbərdir"
Doların dəyərinin Ağ Ev-in mətbuat brifinqində gündəmə gəlməsinə, ABŞ-ın xəzinə naziri Steven Mnuchin-in İsveçrənin Davos qəsəbəsində davam edən Dünya İqtisadi Forumunda etdiyi açıqlamalar səbəb olub.
Mnuchin, dollarda son dövrlər baş verən geriləməni qiymətləndirərkən, "Açığı, daha zəif dollar ticarət və imkanlar baxımından yaxşı xəbərdir" ifadəsini işlətmişdi.
Mnuchin, uzun dövrdə isə güclü dolların Amerika iqtisadiyyatının gücünü əks etdirdiyini bildirərək, ABŞ dollarının dünyanın əsas ehtiyat (rezerv) pul vahidi olmağa davam edəcəyinə inandığını dilə gətirmişdi.
İndeks 3 ilin ən aşağı səviyyəsində
ABŞ dollarının avro, Yapon yeni, İngilis funt-sterlinqi, Kanada dolları, İsveç kronu və İsveçrə frankı olmaqla 6 əsas pul vahidinə qarşı dəyərini ölçən Dollar indeksi, bu açıqlamalardan sonra 88,76 səviyyəsinə qədər enib.
Beləliklə, indeks 2014-cü ilin Dekabr ayından bu yana ən aşağı səviyyəsinə geriləyib. Avro/dollar məzənnəsi isə 1,24 səviyyəsini aşıb.
Mütəxəssislər, Amerika dollarında müşahidə edilən ucuzlaşmanın, ABŞ-ın ixracat həcmini artırmağı və xarici ticarət kəsirini azaltmağı hədəfləyən Tramp üçün müsbət olacağını bildirirlər.
"DOLLARIN GÜCLƏNƏCƏYİNİ GÖZLƏYİRƏM"
İsveçrənin Davos qəsəbəsində davam edən Dünya İqtisadi Forumunda çıxış etmiş Beynəlxalq Valyuta Fondunun sədri Kristin Laqard, dolların güclənməsini gözlədiyini söyləyib.
"Doların qiyməti bazar tərəfindən müəyyən olunur" deyən Laqard, "ABŞ-ın vergi islahatı, yəqin ki, dolların möhkəmlənməsinə səbəb olacaqdır" şəklində danışıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
18 d. əvvəl
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
-
18 d. əvvəl
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
-
34 d. əvvəl
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
- 40 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
Azərbaycan neftinin son qiyməti
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
Ən çox oxunanlar
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB






.jpg)
.jpg)






.jpg)








