Zaqatalada ilk dəfə əkilib
Ötən il Zaqatala rayonunun fermer təsərrüfatlarında ilk dəfə olaraq 99 hektar sahədə soya bitkisi əkilib. İlk dəfə əkilməsinə baxmayaraq, fermerlər sahələrdən 105 ton məhsul götürməyə müvəffəq olublar. Soya əkilən sahələrin 73 hektarı Muxax kənd sakini Abdulla Mahmudovun rəhbərlik etdiyi “Muxax” İstehsal Kooperativinin payına düşüb.
Təsərrüfatın rəhbəri müsahibəsində bildirib ki, hər il ölkəmizə xaricdən min tonlarla soya bitkisi idxal olunur. Xeyli araşdırmadan sonra fermer öz təsərrüfatında nümunə üçün soya bitkisini əkməyi qərara alıb. Əkin aparılan 73 hektar sahənin 63 hektarında normal bitiş alınıb. 10 hektar sahə isə uzunmüddətli quraqlıq səbəbindən məhsul verməyib. Fermer ötən il soya əkilən sahələrdən 71,2 ton məhsul götürüb. Hər hektardan orta məhsuldarlıq 11,3 sentner olub. Təsərrüfat rəhbəri bağlanmış müqavilə əsasında bir kiloqramının qiyməti 90 qəpik olmaqla, məhsulun hamısını İmişli Şəkər Zavodunun Yem istehsalı sexinə təhvil verib.
Soyanın yüksək rentabelli və qiymətli bitki olduğunu vurğulayan A.Mahmudov deyib: “Xüsusilə, heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsində, bu sahələrin yem təminatında, məhsuldarlığın artırılmasında soya bitkisi mühüm rol oynayır. Soya unu mal-qara üçün çox dəyərli yemdir. Bundan əlavə, soya dənindən yağ, marqarin, pendir, süd, un, qənnadı məmulatı və başqa məhsullar alınır. Soyadan alınan yağ sabunbişirmə sənayesi üçün də xammaldır. Ondan lak, boyaq sənayesində də istifadə olunur”.
Soya bitkisinin iqtisadi əhəmiyyətini nəzərə alaraq, təsərrüfat rəhbəri bu il soyanın əkin sahəsini artıraraq 80-90 hektara çatdırmağı planlaşdırır.
Sahibkar, eyni zamanda, uzun illərdir ki, qarğıdalıçılıqla da məşğul olur. O, ötən il 11 hektar qarğıdalı sahəsindən 60 tondan çox məhsul götürüb. Təsərrüfat rəhbəri məhsul yığımından sonra 15 hektar sahədə təkrar əkin aparıb, daha 20 ton qarğıdalı məhsulu əldə edib.
“Muxax” İstehsal Kooperativi son illər günəbaxan istehsalına da maraq göstərir. Ötən il təsərrüfatda 40 hektar sahədə günəbaxan bitkisi yetişdirilib, 72 ton günəbaxan tumu istehsal olunub.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
10 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
13 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti










.jpg)















