SOCAR Ukraynada biznesini genişləndirə bilər - RƏHBƏRLİYİ SƏFƏRƏ GEDƏCƏK
SOCAR şirkəti (ARDNŞ) Ukraynada iştirakını genişləndirməkdə maraqlıdır. Bunu Azərbaycanın Kiyevdəki səfiri Azər Xudiyev deyib.
“Ukraynaya 300 mln.dollardan artıq sərmayə yatıran SOCAR əlverişli və cəlbedici investisya şərtləri ilə gələcəkdə burada biznesini genişləndirməyi planlaşdırır. Yaxın zamanda Ukraynanın Energetika Nazirliyi ilə bir sıra çox sərfəli layihələrin perspektivlərini müzakirə etmək məqsədilə ARDNŞ-nin rəhbərliyinin səfərini gözləyirik”, - diplomat Ukraynanın “Ukrinform” milli informasiya agentliyinə müsahibəsində bildirib.
A.Xudiyevin sözlərinə görə, Azərbaycan Ukraynada enerji layihələri və tenderlərdə iştiraka hazırdır. “Biz Ukraynada həyata keçirilən enerji layihələri və tenderlərdə yaxından iştirak etmək istərdik. Qeyd etmək lazımdır ki, ticarət dövriyyəsinin böyük hissəsi Azərbaycan nefti və neft məhsullarının Ukraynaya ixracının payına düşür”, - səfir qeyd edib.
A.Xudiyev vurğulayıb ki, Azərbaycan hər ay Ukraynaya 200-300 tona yaxın neft, neft məhsulları, qaz kondensatı və enerji tələbatı üçün digər yüngül və ağır neft məhsulları ixrac edir. “Tədarük alqoritmi plana əsasən həyata keçirilir”, - o əlavə edib.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 12 d. əvvəl
- 14 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















