Hindistanla Azərbaycan arasında birbaşa aviareyslər açılarsa...
Hindistanla Azərbaycan arasında birbaşa reyslərin açılması iki ölkə arasında iş adamları və turist axınını əhəmiyyətli şəkildə artıracaq.
Bunu Hindistanın Bakıdakı səfiri Sancay Rana deyib.
Onun sözlərinə görə, birbaşa reyslər turizm və tibb xidmətləri sahəsində biznes üçün yeni imkanlar yaradacaq: "Getdikcə daha çox Hindistan vətəndaşı xarici ölkələrə gedir. Hindistanlı turistlər adətən yeni yerlərə getməyi xoşlayır. Azərbaycan, xüsusilə də, Bakı yeni turizm mərkəzi kimi populyarlıq qazanır".
Səfir hesab edir ki, ötən il işə düşmüş ASAN Viza xidməti turizm üçün mühüm bonus hesab olunur: "Mən Bakıda hər dəfə İçərişəhərdə, Fəvvarələr meydanında və ya Atəşgahda olanda çoxlu hindistanlı turist görürəm. Bakıdan kənarda – Qəbələ, Şəki, Şahdağ kimi bölgələr də populyardır. Bakı ilə Hindistanın şəhərləri arasında birbaşa reyslərin olmaması ölkələrimiz arasında turizmin inkişafını məhdudlaşdırır. Bu cür reyslər açılarsa, biz Azərbaycana daha çox hindistanlı turistin gəlməsinin şahidi olarıq".
Diplomat həmçinin qeyd edib ki, Azərbaycandan Hindistana turizmin təşviqi bizim üçün prioritetdir: "Bizim turizm şirkətləri burada səyahət sərgilərində iştirak edir və yerli səyahət şirkətləri ilə danışıqlar aparırlar. Onlar birgə Azərbaycan turistlərinin tələblərinə və zövqlərinə cavab verən səyahət paketləri hazırlayıblar. Hindistanda bütün zövqlərə uyğun gələn turistik yerlər var. Tarixi abidələrimiz, zəngin mədəni irsimiz, ünsiyyətcil insanlarımız və gözəl mətbəximiz var. Hindistan həmçinin, dünya səviyyəli xidmətlər təklif edən tibb müəssisələrinə malik olduğu üçün tibbi turizm üçün çox populyar bir yerdir. Biz Hindistan turizm şirkətlərinin daha çox nümayəndə heyətini Azərbaycana səfərlərini təşkil edərək, onları yerli turizm şirkətləri ilə bir araya gətirməyə ümid edirik".
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
43 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 46 d. əvvəl
-
55 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
58 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir




















.jpg)



