Bir anda dünyanın ən varlı adamlarından biri oldu
Bitcoin-dən sonra Ripple adlı kriptovalyutanın sürətlə bahalaşması diqqəti çəkir. Təkcə bu gün Ripple 21% bahalaşıb. Bazar dəyəri baxımdan Ripple ikinci yerə qalxıb. Belə ki, Bitcoin-lərin cəmi bazar dəyəri 258,5 milyard dollar ikən, Ripple-ların cəmi dəyəri 112,4 milyard dollardır.
"Marja" xəbər verir ki, kriptovalyuta qiymətləri sürətlə artarkən dünyada yeni milyarderlər yaranır. Ripple (XRP) qiymətlərindəki artım sayəsində şirkətin yaradıcısı Chris Larsen dünyanın ən varlı 14-cü adamı olub.
2017-ci ilin əvəlində 1 Ripple 0,006 dollar idi. Bu gün isə Ripple-ın qiyməti 3,2 dolları gördükdən sonra 2,9 dollara gəlib. Beləliklə, Ripple son bir ildə təxminən 500 dəfə bahalaşıb.
Ripple-ın banisi olan və şirkətin keçmiş İcraçı direktoru Chris Larsen, şəxsi hesabındakı 5.19 milyard Ripple və şirkətdəki 17 faiz payı ilə, bugünkü məlumatlara əsasən, 40.1 milyard dollarlıq sərvətin üzərində oturur.
Chris Larsen, bu sərvətilə Forbesin ən zənginlər siyahısında 14-ci sıraddır və Sheldon Adelson, Elon Musk, Steve Ballmer, Jacqueline Mars, Michael Dell, Laurene Powell Jobs, Paul Allen kimi milyarderləri geridə qoyur.
Mərkəzi ofisi ABŞ-ın San-Fransisko şəhərində yerləşən Ripple şirkəti cəmi 100 milyard ədəd Ripple buaxıb. Hələlik dövriyyəyə 61.3 milyard ədəd Ripple (XRP) çıxarılıb. Digər 61.3 milyard ədəd XRP-nin nə vaxt dövriyyə buraxılacağı bilinmir.
Ripple, mərkəzi olduğu iddiası ilə bir qism kriptovalyuta sərmayəçisi tərəfindən tövsiyə edilmir. Şirkətin əlində olan 61.3 milyard ədəd Ripple-ın da nə vaxt dövriyyəyə buraxacağı bilnmir və bu qədər koinlərin bazara çıxarılmasının qiymətləri aşağı sala biləcəyi də qeyd olunur. Lakin interbanka bənzər olan Ripple-dən beynəlxalq maliyyə əməliyyatlarında aralarında American Express, Santander kimi nəhənglər daxil 100-ün üzərində təşkilat istifadə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)











.jpg)





