İlham Əliyev Mehdiabadda olub - YENİƏNİB
 
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Abşeron rayonunda yenidən qurulan Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.
Qeyd edildi ki, Abşeron rayonunda 21 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad–Digah–Məmmədli avtomobil yolunun tikintisi üçün Prezident İlham Əliyevin 2017-ci il 9 iyun tarixli Sərəncamına əsasən 2,5 milyon manat vəsait ayrılıb. Tikinti işləri qısa müddətdə və yüksək səviyyədə həyata keçirilib. Yolun uzunluğu 9 kilometrə yaxındır. Ümumilikdə 12 metr enində yeni yol yatağı tikilib. Tikintidən sonra yolun hərəkət hissəsi 7-8 metrə qədər genişləndirilib.
Hər bir layihənin reallaşdırılması zamanı yollarda piyadaların da təhlükəsiz hərəkəti diqqətdə saxlanılan əsas məsələlərdən biridir. Mehdiabad-Digah-Məmmədli avtomobil yolunda yeni piyada səkiləri tikilib. Yenidənqurma işləri çərçivəsində avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün nəzərdə tutulan mövcud boruların və keçidlərin hamısı bərpa olunub. Tikinti işləri zamanı yolboyu yeni asfalt-beton örtüyü döşənib. Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun yenidən qurulması nəticəsində nəqliyyat vasitələrinin və əhalinin gediş-gəlişi xeyli asanlaşıb, onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxt ərzində istədikləri ünvanlara çatdırmalarına imkan yaranıb.
Dövlətimizin başçısına Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisi haqqında da məlumat verildi. Bildirildi ki, 16 min nəfər əhalinin yaşadığı Mehdiabad, Fatmayı, Görədil yaşayış məntəqələrini birləşdirən avtomobil yolunun uzunluğu 6,5 kilometrdir. Prezident İlham Əliyevin Sərəncamına əsasən bu yolun tikintisinə 1,8 milyon manat vəsait ayrılıb.
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək üçün paytaxt Bakıda aparılan kompleks tədbirlər çərçivəsində Azadlıq prospektinin Binəqədi rayonundan keçən hissəsi və Binəqədi şosesi yenidən qurularaq bu ərazidə müasir yol infrastrukturu yaradılıb. Azadlıq prospektinin Ziya Bünyadov prospektindən Biləcəri-Baksol yolunadək 3,1 kilometrlik hissəsi tamamilə yenidən qurulub. Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində yaranan sıxlığı aradan qaldırmaq məqsədilə sərnişin avtobuslarının hərəkəti Cəfər Xəndan küçəsindən Süleyman Sani Axundov küçəsinədək olan hissədə yan yola yönəldilib və bu hissədə 8 müasir avtobus dayanacağı quraşdırılıb. Azadlıq prospektində piyadaların yolu təhlükəsiz keçmələri üçün Süleyman Sani Axundov küçəsi ilə kəsişmədə və Rəsulzadə qəsəbəsinin mərkəzində iki yerüstü piyada keçidi tikilib. Azadlıq prospektinin yenidən qurulması ilə yanaşı, bu ərazidə yerləşən və prospektə çıxan Süleyman Sani Axundov, Şövkət Məmmədova, Cəfər Xəndan, İbrahimpaşa Dadaşov küçələri də əsaslı təmir edilib.
Binəqədi şosesində yenidənqurma işləri iki mərhələdə aparılıb. Birinci mərhələdə yolboyu yararsız vəziyyətdə olan 2800 metr uzunluğunda kanalizasiya, 3000 metr uzunluğunda müxtəlif diametrli su xətləri “Azərsu” ASC tərəfindən yenisi ilə əvəz olunub, ətrafdakı evlərdən, sənaye və iaşə obyektlərindən yola doğru axıdılan məişət-çirkab sularının qarşısı alınıb. Yağış və qar sularının nizamlı axınının təmin edilməsi məqsədilə Binəqədi şosesindən Böyükşor gölünə 1100 metr uzunluğunda boru xətti çəkilib. Yolun yenidənqurma işlərinin ikinci mərhələsi də qısa müddətdə başa çatdırılıb. Belə ki, vətəndaşların yolun hər iki kənarı ilə rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək üçün yeni piyada səkiləri inşa olunub, avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədilə 11 yerdə əlavə hissə tikilib və müasir avtobus dayanacaqları quraşdırılıb. Binəqədi şosesinin yenidən qurulması rayonun Rəsulzadə, Binəqədi, Biləcəri, Baksol qəsəbələrində yaşayan əhaliyə, həmçinin şəhərin mərkəzindən Mehdiabad, Fatmayı, Pirşağı, Digah və digər qəsəbələrə getmək istəyən nəqliyyat vasitələri sahiblərinə rahat yol infrastrukturundan istifadə etməyə imkan verəcək.
Dövlətimizin başçısı Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonra xatirə şəkli çəkdirildi.
Müştərilərin xəbərləri
 
                        Sumqayıt layihələrində ipoteka və daxili kredit imkanı ilə satış davam edir - aylıq 423 manatdan başlayan qiymətlər
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 
                     1 gün sonra
                    Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı! 
- 
                         📲 İndi
 Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
 ♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
 ♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 
                     2 saat əvvəl
                    “Xəmsə” birlik yarışında Kapital Bank iki layihə ilə qalib oldu 
- 
                     3 saat əvvəl
                    4-cü avtomobil təqdim edildi, növbəti sən ola bilərsən - Həyəcan davam edir! 
- 
                     3 saat əvvəl
                    Xırdalanda ilk “McDonald's” restoranının açılışı olub - FOTO 
- 3 saat əvvəl
- 
                     3 saat əvvəl
                    53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır 
- 
                     4 saat əvvəl
                    9 ayda Azərbaycan Rusiyaya 879 milyon dollarlıq qeyri-neft malları ixrac edib 
Son Xəbərlər
 
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
 
                                    Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı!
 
                                    "PAŞA Həyat"da yeni təyinat
 
                                    “Monetri” BOKT və və onun vəzifəli şəxsi cərimələnib
 
                                Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
 
                                53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır
Ən çox oxunanlar
 
                                Mərkəzi Bankda bankların rəhbər şəxsləri ilə görüş keçirilib
 
                                Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” aksiyası
 
                                Avrozonada inflyasiya hədəfə yaxınlaşıb
 
                                

 
                         
                    




 
                             
                             
                             
                            





 
                                     
                                     
                                     
                                     
                                    






