“Türk Hava Yolları” ilk “Boeing 777 Freighter” təyyarəsini aldı
“Türk Hava Yolları” və “Boeing” şirkətləri aviadaşıyıcının təyyarələr parkına ilk “Boeing 777 Freighter” avialaynerinin daxil olmasını qeyd edir. Bu, sifarişin şərtlərinə əsasən “Türk Hava Yolları”na cari ildə təhvil verilməli iki təyyarədən birincisidir.
“İlk “Boeing 777 Freighter” təyyarəsinin alınması bizim yük daşımaları biznesimizin yeni inkişaf mərhələsidir. “Türk Hava Yolları”nın əsas hissəsi olan “Turkish Cargo” cari ilin əvvəlindən yükdaşımalar üzrə marşrut şəbəkəsini genişləndirərək uçuş istiqamətlərinin sayını 55-dən 73-ə çatdırıb. Bununla belə, daşınan yüklərin həcmi təxminən 1 milyon tona çatıb ki, bu da ötən illə müqayisədə 29% çoxdur. Bu, şübhəsiz, mühüm göstəricidir. Əminik ki, yeni təyyarə bizim sürətlə inkişaf edən yükdaşıma biznesimizə xeyir gətirəcək və İstanbuldan olan marşrut şəbəkəmizi genişləndirəcək”, - deyə “Türk Hava Yolları”nın Direktorlar Şurasının və İdarə Hüyətinin sədri İlker Ayçi bildirib.
İki mühərrikə malik olan, uçuş məsafəsinə görə dünyada lider sayılan və texnoloji təkmilləşdirilmiş “Boeing 777-200LR” sərnişin avialaynerinin bazasında hazırlanan “Boeing 777 Freighter” təyyarəsi 112 tonluq tam yüklənmə ilə 9 070 km məsafəni qət edə bilir.
İstanbulda yerləşən “Türk Hava Yolları” aviaşirkəti dünyada sürətlı inkişaf edən aviaşirkətlərdən biridir. Şirkət il ərzində 300 istiqamət üzrə uçuşlar həyata keçirərək 60 milyondan çox sərnişin daşıyır. “Türk Hava Yolları” daxili aviareys üzrə ilk uçuşunu 1933-cü ildə, ilk beynəlxalq aviareysini isə 1947-ci ildə yerinə yetirib. 1933-cü ildə fəaliyyətə başlayan şirkətin aviaparkı ümumi tutumu 28 sərnişin təşkil edən 5 təyyarədən ibarət idi, hazırda isə aviaşirkət 329 təyyarəyə malikdir. 2023-cü ilin sonunadək şirkət təyyarələrinin ümumi sayını 500-ə çatdırmaq niyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)











.jpg)





